< <
3 / total: 8

Rəsulun Seçilişi

Az əvvəl vurğuladığımız kimi, cahil cəmiyyətin batil dəyərləri ilə anlayışı bağlanmış insan öz başına Allahı fərq edə biləcək və doğrunu görə biləcək qabiliyyətə sahib deyil. Ancaq sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz bu kəslərə, özlərini xəbərdar edəcək, Allahın və axirətin varlığını, həyatın həqiqi mənasını bildirəcək elçilər göndərir. Onsuz da Quranda bu elçilərə "Rəsul" adı verilir ki, rəsulun hərfi mənası "göndərilən" dir.

Quranda hər cəmiyyətin mütləq bir rəsul vasitəsi ilə xəbərdar edildiyi belə bildirilir:

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu! (Nəhl surəsi, 36)

Rəsullar da ümumiyyətlə cahil cəmiyyətin içində yaşayan insanlar olmalarına baxmayaraq, Allahın onlara bu mübarək məsuliyyətlərini bildirməsindən əvvəl də gözəl əxlaqları, vicdanlı davranışları, dürüstlükləri və nəciblikləri ilə tanınan insanlardır. Məsələn, Peyğəmbərimiz (s.ə.v), özünə peyğəmbərlik vəzifəsi təbliğ edilmədən əvvəl də yaşadığı cəmiyyət içində "əl-əmin" yəni etibarlı sifətiylə tanınan və bilinən, çox üstün əxlaqlı insandır.

Rəsulların elçiliyi həyatlarının müəyyən bir dövründə başlayar. Bəzən Allahın Rəsulun qəlbinə verdiyi anlayışla Allahın varlığının və içində olduğu cəmiyyətin nə cür yanlış olduğunun fərqinə varır, bəzən də bu həqiqət özünə vəhy yolu ilə bildirilir. Məsələn, hz. İbrahim (ə.s), Allahın varlığını və bu həqiqətən xəbərdar olmayan cəmiyyətinin azğınlığını Allahın ilham etdiyi anlayışla tapmışdır. Quranda, hz. İbrahim (ə.s)-ın vəziyyəti belə izah edilir:

Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm”.

Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.

Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” – dedi.

Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” – dedi.

Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!

Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”.

Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız? (Ənam surəsi, 74-80)

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. (Ənam surəsi, 83)

Ayələrdə bildirildiyi kimi, Allah hz. İbrahim (ə.s)-a "göylərin və yerin melekutunu" göstərmişdir. "Melekut", Allahın ayələri, varlığının dəlilləri mənasındadır. Bu bizə göstərir ki, hz. İbrahim (ə.s), Allahın ona ilham etdiyi anlayış sayəsində, ətrafındakı müşrik (Allahdan başqa ilahlar etmə azğınlığına düşmüş (Allahı tənzih edirik) insanlar) cahil cəmiyyətin  azğınlığını fərq edə və Allahın açıq-aşkar varlığını qavraya bilmişdir. Bu, Allahın hz. İbrahim (ə.s)-ı seçmiş olması deməkdir.

Necə ki, Allahın seçməsi və onlara yol göstərməsi bütün rəsulların ortaq xüsusiyyətidir. Quranda bildirilən, Allahın hz. Musa (ə.s)-a olan vəhyində bu mövzu belə xəbər verilir:

Musanın əhvalatı sənə gəlib çatdımı?

O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”

Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa!

Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!

Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!

Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!

Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.

Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan! "(Taha surəsi, 9-16)

Qısacası rəsul, Allahın xüsusi olaraq yaratdığı və seçdiyi çox üstün əxlaqlı, mübarək insandır. İçində olduğu cəmiyyətdəki bütün insanlardan fərqlidir; tək başına və ilk olaraq Allahın varlığını haqqıyla təqdir edib qavramış, axirətin fərqinə varmışdır. Ancaq bu mərhələdə vəzifəsi hələ yeni başlayır: Rəsul fərqinə vardığı bu böyük həqiqəti içində yaşadığı cahil cəmiyyətin digər üzvlərinə də izah etməklə, onları Allahın yoluna dəvət etməklə məsuldur. Quranda, "Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...." (Maidə surəsi, 67) ayəsi ilə, Rəsulun bu böyük təbliğ (dini çatdırma, açıqlama) vəzifəsi bildirilir.

Ancaq Allahın Quranda xəbər verdiyi kimi, bir çox dəfə qövmün ancaq çox az hissəsi Rəsula iman edər, digərləri isə böyük ağılsızlıqla bu mübarək insana düşmən olarlar.

Rəsula iman Edənlər

Quranda izah edilən peyğəmbər hekayələrinə baxdığımızda, rəsulun təbliğə başlamasıyla birlikdə cahil cəmiyyətlərdə çox az sayda insanın onu dinlədiklərini və söylədiklərini qəbul etdiklərini görürük. Çünki rəsul, cahillik əxlaqını yaşayan insanları inandıqları bir çox batil dəyərdən imtina etməyə, bütün saxta tanrılarını tərk etməyə və yalnız Allaha qul olmağa çağırır. Cahil cəmiyyət üzvlərinin böyük hissəsi, bunları qavrayacaq ağıla və şüura sahib deyil. Qavraya biləcək olanların böyük hissəsi də maraqlarına zidd düşən bu gözəl və vicdani sistemi qəbul etməyə çalışmazlar. Bu səbəblə rəsula tabe olanlar, çox kiçik azlıqdır. Bunlar, Allahın izni ilə, cahil cəmiyyətin sıx təlqinini aşa biləcək ağıla və doğru bildiklərini tətbiq edəcək iradəyə sahib olan insanlardır. Rəsulun bildirdiklərinə iman edərlər, bu səbəblə Quranda onlara verilən ad "mömin" (iman edən)dir.

Möminlərin çox əhəmiyyətli xüsusiyyəti vardır. Əvvəlcə dünyaya baxış aspektləri, hadisələr qarşısındakı rəftarları cahil cəmiyyətdən tamamilə fərqlidir. Özlərinə yol göstərici olaraq cahil meyarlarını deyil, Allahın vəhyini və rəsulun davranışlarını hesab etmişlər. Bu səbəblə də, cahil cəmiyyətdəki degenerasiya və çürümüş sistemin əksinə, üstün əxlaqa sahibdirlər. Rəsula qarşı da böyük hörmət, sevgi və sədaqət bəsləyərlər. Quranda möminlərin əxlaqi xüsusiyyətləri, Allaha olan bağlılıqları və rəsula istiqamətli rəftarları ətraflı olaraq izah edilir.

Quranda möminlərlə əlaqədar olaraq xəbər verilən başqa xüsusiyyət də olduqca diqqət çəkicidir. Bu xüsusiyyətə, həm hz. Musa (ə.s)-a iman edən möminlər, həm də "Kəhf əhli"ndə diqqət çəkilir. Quranda, hz. Musa (ə.s)-a iman edənlərlə əlaqədar olaraq belə buyurulur:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.  (Yunis surəsi, 83)

Göründüyü kimi Quranda Allah, hz. Musa (ə.s)-a tabe olanların "gənc"lər olduqlarını xəbər verir. Peyğəmbərimiz (s.ə.v)-in yanındakı səhabələrin böyük qismi də gənclərdən ibarətdir, bu mübarək gənclər müşriklərdən olan ailələrinin, yaxınlarının və qohumlarının bütün təzyiqlərinə baxmayaraq hz. Məhəmməd (s.ə.v)-ə tabe olmuşlar və onunla birlikdə yaşamışlar.

Kəhf surəsində bəhsi keçən iman edənlərin də gənc olduqları bildirilir. Mövzuyla əlaqədar ayələrdə belə buyurulur:

Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. Cavanlardan biri o birilərinə dedi: “Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! (Kəhf surəsi, 13-15)

Ancaq, daha əvvəl də ifadə etdiyimiz kimi içində olduqları tayfanın azmış olduğunu görə bilən və bu səbəbdən də rəsula tabe olan bu gözəl əxlaqlı insanların, yəni möminlərin sayı azdır.

Daha əvvəlki səhifələrdə Ənam surəsindəki hz. İbrahim (ə.s)-la əlaqədar ayələrdə də gördüyümüz kimi, cahil cəmiyyətlərin çox böyük hissəsi, özlərini imana çağıran rəsula düşmənliklə cavab verərlər. Xüsusilə cahil cəmiyyətin varlı, güc sahibi təbəqə içindəki bəzi kəslər mənafelərinin zərər görməsindən narahat olduqları üçün, rəsula qarşı böyük düşmənlik bəsləyərlər. Allah da elçilərini xüsusilə inkarda dirənən, bu təkəbbürlü təbəqəyə göndərər. Az əvvəl Allahın hz. Musa (ə.s)-a çağırışı ilə əlaqədar ayələri çatdırmışdıq. Allahın hz. Musa (ə.s)-a bunlardan sonra verdiyi əmr budur:

"Fironun yanına get, çünki o, həddini aşmışdır." (Taha surəsi, 24)

Cahil cəmiyyətlərdə öndə gələnlər

Daha əvvəl cahil cəmiyyətlərdən bəhs edərkən, bu cəmiyyətin ən böyük xüsusiyyətinin Allahı və dini tanımayan, ya da göz ardı edən cəmiyyət olduğunu vurğulamışdıq. Cahil cəmiyyətin bu xüsusiyyətinin ən böyük nəticələrindən biri də səhv ictimai nizam qurmalarıdır.

İman etmiş, Allahı tanıyan və Ona itaət edən cəmiyyətlə, cahil cəmiyyətlərin nizamı tamamilə fərqlidir. İman edən cəmiyyətdə, insanlar soylarına, fiziki xüsusiyyətlərinə, maddi vəziyyətlərinə görə dəyərləndirilməzlər. Bu cəmiyyətdə, təqdir görən, sevilən və sayılan insanlar əxlaqi cəhətdən üstün xüsusiyyətləri olan insanlardır. Bu əxlaqi xüsusiyyətlər isə (təvazökarlıq, dürüstlük, etibarlılıq, mərhəmətli olmaq, hörmət və sevgini bilmək və fədakarlıq kimi) ancaq Allaha təslimiyyət ilə qazanılır. Bu səbəblə iman edən cəmiyyətdə özünə güc və iqtidar verilən, özünə tabe olunan kəslər, Allahın Quranda bildirdiyi mömin əxlaqını ən çox daşıyan kəslərdir.

Halbuki cahil cəmiyyətdəki vəziyyət bunun tam tərsidir. Yuxarıda saydığımız əxlaqi dəyərlərin bu cəmiyyətdə çox əhəmiyyəti yoxdur. Bu cəmiyyətin üzvləri, Quran əxlaqından uzaq olmaları səbəbiylə, maddi bəzi xüsusiyyətləri gözlərində çox böyüdərlər. Məsələn, maddi zənginlik, cahil cəmiyyətdəki ən böyük dəyərdir. Cəmiyyətdə bir çox insanın ən əhəmiyyət verdiyi mövzu "pul" dur; yəni bir mənada ən əhəmiyyətli büt olaraq pul seçilmişdir. Bundan ötrü də, cahil cəmiyyətdə sanki dəyişməz qayda meydana gəlmişdir: "Hər kəsin qiyməti vardır".

Madam hər kəsin qiyməti vardır, elə isə çox pulu olan bəziləri, hər kəsə lazımlı ödənişi edərək ən üst addıma çıxa bilər. Çox pulu olanların mütləq insanları "satın alması"na da ehtiyac yoxdur; pul ən əhəmiyyətli dəyər halına gəldiyi üçün, pulu olan adama qəribə hörmət və heyranlıq duyulur. Bu səbəbdən cahil nizamında, ən çox pula sahib olan kəslər ən güclü və ən etibarlı kəslərdir. Bu kəslər cahil cəmiyyətin guya "elit" təbəqəsini meydana gətirər və insanları istiqamətləndirərlər. Onların verdiyi hər qərar cəmiyyətin digər üzvləri tərəfindən qəbul edilir. Həyat tərzləri, rəftarları və əxlaqi quruluşları, səhv də olsa, cəmiyyətin digər üzvləri tərəfindən heyranlıqla izlənir, "dəb" olaraq qəbul edilir.

Quranda, cahil cəmiyyəti istiqamətləndirən bu təbəqədən tez-tez bəhs edilir. Ayələrdə "qövmün öndə gələn inkarçıları", "qövmün rifahdan azğınlaşan öndə gələnləri" kimi ifadələrlə təyin olunan bu təbəqənin böyük qismi, rəsulların təbliğinə şiddətlə qarşı çıxan və insanları rəsulları dinləməməyə, hətta onlara düşmənçilik bəsləməyə çağıran təbəqədir. Quranda, bu dəyişməz qayda belə bildirilir:

Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. (Səba surəsi, 34-35)

Yaxşı, nədir öndə gələnlərin rəsula qarşı belə reaksiya vermələrinin səbəbi?

 

3 / total 8
"Harun Yəhyanın Rəsulların Mübarizəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net