Şeytanın Bir Silahı: Romantizm

< <
6 / total: 11

Dini Pərdə Altinda Tətbiq Olunan Romantizm

Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
(Əraf surəsi, 28)

Romantizm bir ideologiya və ya dünyagörüş olmaqdan çox, müxtəlif ideologiya və dünyagörüşlərə nüfuz edən, onlara romantik bir atmosfer verən, bu yolla insanları ağıllı davranmaqdan uzaqlaşdıran bir təsirdir. Faşizm və ya kommunizm kimi tamamilə dindən uzaq və azğın ideologiyalara nüfuz etdiyi kimi, bəzən dini pərdə altında da insanlara təsir edir.

Bu mövzuya başlamadan əvvəl vacib bir xüsusiyyəti qeyd etmək lazımdır: dini pərdə altında ortaya çıxan bir hərəkət, bəzən səmimi olmaya bilər. Əksinə, tarixdə dinə və dindarlara zərər vermək üçün din və Allahın adı ilə ortaya çıxan bir çox adam, qrup və düşüncə olmuşdur. Allah Quranda bunun bəzi nümunələrini bizə bildirmişdir. Məsələn, Allahın Səmud qövmünə elçi olaraq göndərdiyi Hz. Saleh peyğəmbəri öldürmək üçün plan quran dəstə öz aralarında Allah adına and içmişlər:

Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (Nəml surəsi, 49)

david jim jones
suicide

Din adı altında uygulanan romantizm ABD'de pek çok tarikat mensubunun toplu intiharlarına yol açmıştır. Solda 1993 yılında 80 taraftarını ölüme sürükleyen David Koresh görülüyor. Sağdaki resimde ise Jim Jones alttaki resimde de onun liderliğinde 1978 yılında topluca intihar eden 900 taraftarı görülmektedir.

Peyğəmbərlərə qarşı çıxan müşrik qövmlər böyük bir hörmətsizliklə onları tez-tez "Allaha qarşı yalan uydurmaqla" günahlandırmışlar ki, bu, özlərini Allaha inanan dindar insanlar olaraq gördüklərini göstərir. (Şura surəsi, 24) Yer üzündə öz ilahlığını iddia edəcək qədər böyük bir azğınlıq içində olan Fironun da buna bənzər bir iftira etdiyi ayədə belə bildirilmişdir:

Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. (Mömin surəsi, 26)

Bu vəziyyət insanların din adı və görünüşü altında əslində dinlə əlaqəsi olmayan bəzi azğın düşüncə və hərəkətlər içində olduqlarını göstərir. Bax, romantizm də, dinlə əlaqəsi olmadığı halda dinin bir parçası sanılan bu azğınlıqların başında gəlir.

suicide herff applewhite

Duygusallığın etkisiyle sapkın tarikatlara giren insanlar gerçek dinden ve akıldan tamamen uzaklaşır. Sağda resmi görülen Herff Applewhite'ın takipçileri, "Do" lakaplı bu kişinin, UFO'ların gelip kendilerini alacaklarına dair sözlerine inanmış ve topluca intihar etmişlerdir.

Dinlə romantizmin bir-birinə necə qarışdırıldığını anlamaq üçün dinin əsası olan "ixlas" anlayışını yaxşı qavramaq lazımdır. İxlas - bir işin yalnız və yalnız Allahın razılığını qazanmaq üçün edilməsidir. Bir iş ancaq ixlaslı olaraq edilsə ibadət olar və Allah Qatında dəyər qazanar. Məsələn, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, Allah yolunda səy göstərmək və bütün digər ibadətlər, Allahın rizasını qazanmaq məqsədilə edildiyi təqdirdə ibadət olar. Allah Quranda "Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi, 4-6) buyuraraq Allah rizası üçün edilməyən ibadətin etibarsızlığını bildirmişdir.

Romantizmin dini təhrif etməsi də bu şəkildə baş verir. Dini Allahın rizasından başqa yerə istiqamətləndirir: İnsanlara dini Allahın rizası üçün deyil, öz duyğusal ehtiyaclarını təmin etməyə yönəldir.

Romantizm bu incə, amma çox əhəmiyyətli olan ayrı-seçkiliyi ortadan qaldıraraq, insanları tamamilə səhv bir din anlayışına yönəltmişdir. Bunun nəticəsi isə mistisizmdir. İxlas ortadan qalxdığında və din (Allahın dinini tənzih edirik) bir növ "psixoloji rahatlama" vasitəsi olaraq görülməyə başlandığında insanları bu psixologiyaya aparan mistik faktorlar dövrəyə girir.

cristians
cristians

Batıl dinlerin çoğunda insanların kendi bedenlerine zarar vermeleri makbuldur. Üstelik bunu din adına yaparlar. Oysa bu romantik din anlayışının bir sonucudur.

Romantik din anlayışı ilə Quranda Allahın bizə öyrətdiyi və Peyğəmbərimizin (s.ə.v.) həyatında ən gözəl nümunəsini gördüyümüz əsl dini müqayisə etdiyimizdə fərq çox açıq şəkildə ortaya çıxır:

1. Quranda Allah insana ağlından istifadə etməyi, düşünməyi, Allahın yaratdıqlarını araşdırmağı və bu ağılla iman etməsini əmr edir. Halbuki romantik din anlayışında ağıl fəaliyyətini dayandırır. İnsanlar düşünməyə deyil, düşünməməyə yönəlirlər.

2. Romantik din anlayışlarının çoxunda insanın özünə zülm etməsi, əziyyət verməsi məqbul bir davranış olaraq qəbul edilir. Məsələn, özlərini çarmıxa çəkərək Hz. İsaya yaxınlaşdıqlarını düşünən xristianlar vardır. Buddizm kimi Uzaq Şərq dinlərində ac qalmaq, narahat yerdə yatmaq kimi "özünə zülm" nümunələri müqəddəsləşdirilir. Halbuki Quranda insanın özünə əziyyət verməsi kimi bir anlayış qətiyyən yoxdur. Bir ayədə keçən "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" hökmü (Yunus surəsi, 44) romantizmin bu yanlış anlayışını ən gözəl şəkildə ifadə edir.

Xülasə, romantik din anlayışı insanların nəfsində olan, düşünməmək, reallıqlardan qaçmaq, insanları bütləşdirmək, nostalji, özünü hörmətdən salmaq və özünə əziyyət vermək kimi xüsusiyyətləri təmin edən və həqiqi dinə tamamilə zidd olan inancı və fəaliyyəti özündə ehtiva edən batil bir sistemdir.

İnsanlar Allahın onlardan nə istədiyini öyrənib tətbiq etmək yerinə, atalarından onlara miras qalan düşüncə qəliblərini və davranış şəkillərini davam etdirirlər. Hadisələri düşünüb ağılla qiymətləndirmək əvəzinə, ənənələrində mövcud olan qaydaları və anlayışları mühafizə edirlər. Bu da Allahın Quranda xəbərdar etdiyi bir azğınlıqdır. Quranda bu mövzu ilə əlaqədar çox sayda ayə vardır. Bunlardan bir neçəsi belədir:

Onlara: “Allahın nazil etdiyinə və (göndərdiyi) Elçiyə tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun? (Maidə surəsi, 104)

Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Əraf surəsi, 28)

Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)

Nəticə

Bir insanın Allahın istədiyi kimi saleh bir imana sahib ola bilməsi üçün romantizm bataqlığından xilas olması zəruridir. "Çünki Allah Haqdır...." (Həcc surəsi, 62) ayəsində buyurulduğu kimi Allah haqqın özüdür. Romantizmə qapılan insanlar isə ya romantik milliyyətçilik, kommunizm kimi azğın ideologiyalardan təsirlənir, ya dini romantik bir dünyagörüşlə şərh edib ağıldan və ixlasdan uzaqlaşırlar, ya da kitabın sonrakı hissələrində araşdıracağımız romantik sevgi anlayışının təsirinə düşürlər.

Dini yaşamağa başlasalar belə, romantizmin verdiyi qarışıq ruh halı səbəbindən bu mövzuda qərarlı ola bilməzlər. Bəzi romantik faktorlarla dini yaşamağa başlayan, amma qısa bir müddət sonra bundan imtina edən və yenidən dindən kənar həyata dönən bir çox insan vardır.

Halbuki Allah insana belə əmr etmişdir:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

 

Dipnotlar

12.Hadith of Abu Dawud and An-Nasa'i on the authority of Abu Umamah,Words of the Prophet Muhammad, Selections from the Hadith, Compiled by Maulana Wahiduddin Khan

6 / total 11
"Harun Yəhyanın Şeytanın Bir Silahı: Romantizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net