Şeytanın Bir Silahı: Romantizm

< <
7 / total: 11

İmanla Bağlı Olan Əsl Ağıl

... Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.
(Maidə surəsi, 15-16)

Kitabın sonrakı hissəsində romantizmin gündəlik həyatdakı təsirlərini araşdıracağıq. Ancaq bundan əvvəl tez-tez toxunduğumuz "ağıl" anlayışının əsl mənasını da ətraflı şəkildə izah etmək lazımdır.

Ağıl sözü cəmiyyətdə zəka anlayışını ifadə etmək üçün istifadə edilir. Bu səbəblə ağıllı bir insanla savadlı bir insan arasındakı əhəmiyyətli fərqə də çox vaxt diqqət yetirilmir. Lakin bu çox vacibdir. Ağıl və zəka tamamilə müxtəlif xüsusiyyətlərdir.

Ağıl möminin Allahın hadisələri yaratmasındakı incə hikmətləri görməsini və hadisələri bu ilahi hikmətlər dairəsində qiymətləndirməsini təmin edir. Zəkaya əsaslanan bir yanaşma isə hadisələri, ancaq sadə səbəb-nəticə əlaqələri çərçivəsində, mexaniki və dar əhatəli bir qavramanı meydana gətirir. Ağıl zəkadan daha üstündür və ancaq Allaha və Qurana qəti iman edən, Quran ayələrinə tabe olan möminlərə xas bir qabiliyyətdir. Zəka bütün insanlarda müxtəlif dərəcələrdə olan bir fiziki xüsusiyyətdir. Ancaq ağıl yalnız iman edənlərə məxsusdur. İman etməyənlər üçün isə ağıldan bəhs etmək doğru deyil.

Ağıl zəkanın, mühakimənin və məntiqin ən doğru və qüsursuz şəkildə istifadə edilməsini, bu qabiliyyətlərdən faydalanılmasını təmin edir. Ağılsız bir insan isə nə qədər zəkalı olursa-olsun, ağlından istifadə edə bilmədiyi üçün mütləq müəyyən bir nöqtədə yanlış bir məntiqə və mühakiməyə sapmağa məhkumdur. Dünya tarixində iman etməyən filosoflara və elm adamlarına baxdığımızda hamısının eyni mövzularla əlaqədar fərqli, hətta bəzən zidd düşüncələri müdafiə etdiklərini görürük. Bunların hamısı olduqca zəkalı insanlar olmalarına baxmayaraq, imana və dolayısı ilə ağıla sahib olmadıqları üçün doğruları tapa bilməmişlər. Hətta bir çoxu insanlığı saysız fəlakətlərə sürükləmişlər. Yaxın tarixdən nümunələr verək: Marks, Engels, Lenin, Trotski kimi bir çox filosof, ideoloq və dövlət adamı zəkalı insanlar olduqları halda, ağıldan istifadə edə bilmədiklərindən milyonlarla insanın fəlakətinə səbəb olmuşlar. Halbuki ağıl insanların fəlakətini deyil, rahatlığını və xoşbəxtliyini güdür, bunları əldə etməyin yolunu və üsullarını göstərir.

İnsan düşünmək, qavramaq, diqqət yetirmək, praktik davranmaq kimi bir çox şeyi zəkası sayəsində reallaşdırır. Ancaq ağıllı bir insan zəka ilə mümkün olmayan dərin bir anlayışa, doğrularla yanlışları ayırd etmə qabiliyyətinə də malikdir. Bu səbəbdən ağıl adama zəkadan daha çox üstünlük qazandırır.

Ağılın qaynağı isə bir az əvvəl ifadə etdiyimiz kimi, səmimi iman və Allah qorxusudur. Allahdan qorxan, Onun əmr və qadağalarından çəkinən, tövsiyələrini dəqiqliklə yerinə yetirən bir kimsə təbii olaraq bu üstünlüyə, Allahın bir neməti olaraq, sahib olar.

Ancaq bu qabiliyyətə sahib olmağın bu qədər asan olmasına baxmayaraq, insanların çox az hissəsi ağıl sahibidir. Allahın Quranda "... Onların çoxu isə anlamır" (Maidə surəsi, 103) ayəsi ilə xəbər verdiyi bu həqiqət insanların çoxunun iman sahib olmaması, Qurandan uzaq bir həyat mənimsəmələrindən qaynaqlanan bir vəziyyətdir.

Allahdan qorxan və səmimiyyətlə Qurana uyanlara aid olan ağıl iman edən saleh möminləri hər vəziyyətdə üstün bir mövqeyə gətirir. Ayrıca iman sahibi bir insanın hər şeyi, hər an Allahın yaratdığını bilməsi, incəliyinə qədər hər şeyin Allahın təyin etdiyi qədər (tale) daxilində baş verdiyinin və hər an Allahla birlikdə olduğunun şüurunda olması ağlın əsas meyarıdır. Digər tərəfdən, ağıl adamın sahib olduğu üstün tərəflərinin dəyişən şərtlərə və mühitə qüsursuz şəkildə uyğunlaşmasını da mümkün edir.

Möminin bəsirət və fərasətindəki itilik, diqqət və şüur açıqlığı, üstün diaqnoz və həlletmə qabiliyyəti, gözəl əxlaqı, danışığı və rəftarındakı hikmət, güclü şəxsiyyəti həmişə ağıl sahibi olmasının təbii nəticələridir. (Ətraflı məlumat üçün baxın: Kurana göre gerçek akıl, Harun Yahya)

Təsvir etdiyimiz bu nümunə modelinin, bu üstün xüsusiyyətlərin bir adama aid olduğunu deyil, cəmiyyətin ümumi quruluşunu meydana gətirdiyini düşünün: hər kəsin ağılla davrandığı hər vəziyyətdə, hər söhbətində, hər rəftarında, gəldiyi hər qərarda ağılın üstünlüklərinin əksəriyyət tərəfindən yaşandığını… Ağıllı insanlardan ibarət olan bir birliyin meydana gətirəcəyi mühiti… Şübhəsiz, hər kəsin təhlükəsiz, sağlam, rahat yaşaması üçün ağıllı insanlara ehtiyacı vardır. İnsanları bezdirən xaos, qarışıqlıq və anarxiyanın qarşısının alınması və bu mövzulara köklü dəyişiklik edilməsi üçün də ağıllı insanların varlığı vacibdir. Bu baxımdan hər problemin açarı olan ağıla duyulan ehtiyac ortadadır.

Şübhəsiz, ağıl bir insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Ağıllı bir insan faydalı bir şeyi özündən artıq ətrafındakılara təmin edər. Çünki imanın gətirdiyi əxlaqda Allahın rizasını qazanmaq xaricində heç bir düşüncə, hədəf, ya da ideal yoxdur. Belə bir adam Quranda təsvir edilən mömin xüsusiyyətlərini əksiksiz olaraq yaşayar: məzlumların qorunması, yolda qalmışlara, kimsəsizlərə, köməyə ehtiyacı olanlara sahib çıxılması, ədalətli davranılması, kimsənin ac buraxılmaması kimi hər işin məsuliyyətini üzərində hiss edər. Qurandan öyrəndiyi bu incəlikləri, vicdani məsuliyyətləri ağlı sayəsində qüsursuz bir şəkildə reallaşdırar. Belə ki, problemləri həll etmə, hikmətli danışma və yazma, tədbir görmə, tətbiq, yol göstərmə kimi bir çox mövzuda təbii olaraq hər kəsin gözü ağıllı bir kimsəni axtarır. Çünki belə bir insanın hər rəftarından, hər danışığından, hər fikrindən istifadə edilir.

Ağılın lüzumluluğu bu dərəcə əhəmiyyətli ikən ağılsızlığın nə cür ciddi bir təhlükə olduğunu təsbit etmək heç də çətin deyil. İstər adamın şəxsi, istərsə də cəmiyyətlə əlaqədar olaraq ağılsızlığın səbəb olduğu vəziyyətləri, gətirdiyi bəlaları araşdırmaq vəziyyətin ciddiliyinin başa düşülməsi baxımından faydalı olacaq.

Ağılın qarşısındakı ən böyük maneələrdən biri isə kitabın əvvəlki hissələrində siyasi və ictimai təsirlərdən bəhs etdiyimiz bir ruhi pozuqluqdur: Romantizm, ya da digər adı ilə desək, duyğusallıq.

Gündəlik Həyatda Duyğusallıq Nədir?

crying woman

Üzülmek, karamsarlığa kapılmak, içinden çıkılmaz bir durumda olduğunu sanmak, tevekkülden uzaklaşmış insanların yaşadıkları duygusallığın önemli bir alametidir. Oysa insan her ne ile karşılaşırsa karşılaşsın Allah'a güvenmek, ümitvar olmak ve buna uygun davranmakla yükümlüdür.

Duyğusallığın tərifini insanın ağıl və məntiqinin tələb etdiyi doğrular istiqamətində deyil, duyğularının istiqamətləndirməsilə hərəkət etməsi şəklində vermişdik. Duyğusallıq hər insanda müxtəlif ölçülərdə olmasına baxmayaraq, dindən uzaq cəmiyyətlərin bütün fərdlərində olan ruhi xəstəlikdir. Qurandan uzaq, dini yaşamayan bir insanın romantizmdən qurtulması mümkün deyil. Çünki duyğusallıq ancaq insanın ağlı ilə, yəni Quran əxlaqı ilə hərəkət etməsi nəticəsində ortadan qalxa bilər. Qurana əməl etməyən birinin isə bir az əvvəl ifadə etdiyimiz kimi ağıldan istifadə etməsi mümkün deyil.

Duyğusallıq cahiliyyə cəmiyyətlərində "yaxşı insan" ölçüsü olaraq qəbul edilən, bu səbəbdən də bəziləri üçün öyünmə vasitəsi olan əhəmiyyətli bir ruhi pozuqluqdur. Ancaq əksəriyyətin qənaətində duyğusallıq elə müsbət bir məna qazanmışdır ki, ağlamayan bir insanı asanlıqla qəlbsiz, duyğusuz bir insan kimi qiymətləndirirlər.

Görəsən duyğusallıq zənn edildiyi kimi bu qədər məsum bir xüsusiyyətdirmi? Bu problemin cavabını araşdırsaq, duyğusallığın son dərəcə dəhşətli nəticələr doğurduğunu görəcəyik. Əvvəlki hissələrdə bunun ictimai sahədəki təsirlərini açıqca gördük. Ancaq duyğusallığın gündəlik həyatda da son dərəcə zərərli təsirləri vardır. Duyğusallıq insanların şikayət etdikləri və cavab axtardıqları bir çox mövzuda aciz qalmalarının başlıca səbəblərindəndir.

Halbuki, problem olaraq dilə gətirilən hər şeyin həlli, yaşanan çətinliklərdən qurtuluş yolları Quranda mövcuddur. Quranı özlərinə rəhbər edənlər ağlın qazandırdığı üstünlüklərə sahib olurlar:

emotionalwoman

Duygusal insan, sıkıntıdan, hüzünden asla kurtulamaz. Kendi eliyle kendine zulmetmiş olur.

... Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Yəqin ki, uşaqlığınızdan bəri qəzetdə oxuduğu bir haqsızlığa, televiziyada seyr etdiyi ac insanlara ağlayanların, onların olduqları vəziyyətə kədərləndiklərini ifadə edənlərin vicdanlı insanlar olduğuna dair şərhlər eşitmisiniz. Halbuki romantik insanların səmimi bir maraq və səy göstərmədən yalnız göz yaşı tökməkdən, şikayətlənməkdən kənara çıxmayan bu reaksiyaları problemə heç bir fayda verməz. Bu cür insanlar ağlayıb özlərinə dərd etdikləri insanların problemlərinə çıxış yolu tapmaqdan çox onlara kədərlənməkdən zövq alarlar: təhtəlşüurda duyğusallığın qaranlıq halını yaşamaq nəfslərinin daha çox xoşuna gələr. Pessimizm, ümidsizlik, ağrı-acı, kədər, depressiya kimi cəhənnəmə xas xüsusiyyətlərin bu dünyada şeytanın duyğusallıqla azdırdığı insanlara cazibədar gəlməsi də olduqca maraqlıdır.

Bu mövzunun əhəmiyyətli bir istiqaməti daha vardır: televiziya qarşısına keçib heç bir şey etmədən göz yaşı tökən bu insanlara bir şey etmələri təklif edilsə, boş dayanmamaları deyilsə də, dəyişən bir şey olmaz. Bu vəziyyətdə də "mən tək başıma nə edə bilərəm ki?", "mənim etdiyimdən nə olacaq?" kimi bəhanələrlə mövzudan qaçmağa çalışarlar.

Duyğusal insanlar ətraflarında meydana gətirdikləri mənfi aura nəticəsində hadisələri qarışıq və problemin həllini qeyri-mümkün göstərərək, özləri kimi ətraflarındakıları da pessimizmə və ümidsizliyə sövq edərlər.

Bir çox gözəl əxlaq xüsusiyyəti duyğusallığın tərkibində yaşandığında bu gözəlliyini itirər, hətta son dərəcə təhlükəli vəziyyət yaranar. Məsələn, şəfqət Allahın Quranda təşviq etdiyi üstün bir əxlaq xüsusiyyəti olmasına baxmayaraq, romantik bir adamın şəfqəti zalım bir insana yazığı gəlmək, bu adamın etdiklərini xoş görmək, zülmü ilə razılaşmaq kimi yanlış şəkillərdə tətbiq oluna bilər. Bu baxımdan ağıllı bir insan üçün duyğusallığa aid heç bir üslubu, heç bir rəftarı və məntiqi də məqbul görmək mümkün deyil. Çünki bu cür bir zehniyyət olduğu müddətdə duyğusallığa aid hərəkətlər mühit və şərtlərə görə daha ciddi xarakter ala bilər.

sad boy crying

Karamsarlık, umutsuzluk, acı, keder, bunalım gibi cehenneme özgü vasıfların, bu dünyada şeytanın duygusallıkla saptırdığı kimselere çekici gelmesi şaşırtıcı bir durumdur. İnsanlar Allah'a tevekkül etmenin huzurunu yaşayacaklarına, kendilerini hiç sonu gelmeyen bir sıkıntıya sokmaktadırlar.

Ancaq burada həssas olmaqla duyğusal olmaq arasındakı fərqi də göstərmək lazımdır. "Həssas, mülayim olmaq" Allahın Quranda peyğəmbər xüsusiyyəti olaraq vurğuladığı üstün bir xüsusiyyət ikən, duyğusallıq Quranda təsvir edilən əxlaqın tam əksidir. Möminlər duyğusal deyil, həssas insanlardır. Başqa sözlə desək, həm ağıllı və mülayim insanlardır, həm də insani istiqamətləri son dərəcə qüvvətlidir. Belə ki, əsl üstünlük də adamın bu xüsusiyyətləri bir yerdə saxlaya bilməsidir. Allah Quranda İbrahim Peyğəmbərin bu gözəl əxlaqını "Həqiqətən, İbrahim həlim, (Allaha) çox yalvaran və Ona üz tutan bir şəxs idi." (Hud surəsi, 75) ayəsi ilə bildirir.

Unudulmamalıdır ki, romantik insanların bir adama ancaq yazığı gələr, onu düşdüyü çətin vəziyyətdən qurtarmaq, problemlərini həll etmək üçün heç bir cəhd etməzlər. Amma Allahın əmr etdiyi həssaslığa sahib bir insan yazığı gəldiyi insanlara kömək etmək üçün də əlindən gələni edər, problemləri həll edər, insanları çətin vəziyyətdən qurtarmaq üçün lazımi tədbirləri görər. Əsl şəfqət və sevgi də budur.

Duyğusallıq Ağılı Necə Örtər?

angry man angryman

Akılcılıktan uzaklaşıp, duygularının kontrolüne giren bir insan kolayca hiddetlenebilir, kinlenebilir ve hatta şiddete dahi başvurabilir. Oysa iman eden akıllı bir insan, Allah'ın emri gereği "öfkesini tutup yener", daima itidalli bir tutum içinde olur.

Əlbəttə, hər insan sevgi, şəfqət, mərhəmət, qorxu kimi duyğularla birlikdə yaradılmışdır. Bu duyğulara sahib olmaq insani bir xüsusiyyətdir. Bizim burada vurğulamaq istədiyimiz mövzu isə bir insanın sağlam və stabil bir ruh halına sahib ola bilməsi üçün bu duyğularını imanı və ağlı ilə idarə etməsi, istiqamətləndirməsidir. Məsələn, sevgi insana ən başda onu yoxdan var edən, ona saysız-hesabsız ruzi və nemət verən və sonsuz xoşbəxtlik dolu bir həyat vəd edən Allaha qarşı duyulması üçün verilmişdir. Bundan sonra da Allahı sevən və Allahın da özlərini sevdiyi insanlara qarşı, yəni möminlərə qarşı yönəldilməli olan bir duyğudur. İnsanlara qarşı yönəldilən sevgidə ölçü adamın Allaha olan yaxınlığı, Allahın sərhədlərini qorumaqda göstərdiyi həssaslıq, Allah qorxusu, yəni təqvasıdır. Bütün bu sevgilər də yenə Allah üçün və Allahın təcəllilərinə qarşı yönəldilən sevgilərdir. Allaha və dinə qarşı düşmənçilik bəsləyənlərə qarşı sevgi bəslənilməsi Quranda möminlərə haram edilmişdir.

Eynilə, Allah möminlərə ancaq Ondan qorxmalarını, başqa heç kimdən və heç nədən qorxmamalarını əmr etmişdir. Çünki hər kəsin və hər şeyin varlığı Allahın hakimiyyətindədir, Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur, bu səbəbdən qorxmağa layiq başqa bir varlıq da yoxdur.

Başqa bir nümunə olaraq da əsəb duyğusunu göstərə bilərik. Əsəb insanlara qarşı edilən haqsızlıqlara, ədalətsizliklərə, Allaha və dinə qarşı göstərilən düşmənçiliklərə, zülmlərə qarşı möminlərin məsuliyyət və ruh yüksəkliyi hisslərini xəbərdar edən, hərəkət etdirən bir duyğudur. Lakin möminin bu hisslərinin hərəkətə keçməsi hər zaman ağıl, təmkin və gözəl əxlaq çərçivəsində reallaşar. Heç bir zaman mömini ədalət və mərhəmətdən uzaqlaşdırmaz. Mömin əsəbləşərək haqsızlığa qarşı haqsızlıq, zülmə qarşı zülmlə cavab verməz, ədalətsizlik etməz. Belə ki, bu cür etməsi Quranda qadağan edilmişdir.

crying man crying woman

Duygusal insanların çoğunlukla eli kolu bağlı oturan, sadece ağlamakla yetinen, yakınıp şikayet eden ama bu yakınmaları, rahatsızlıkları sadece sözde kalan kişiler olduklarına şahit oluruz. Bu insanlarda kendine acıma hissi o kadar yoğundur ki, hiçbir sebep olmasa da kendilerine ağlayıp sızlanacak bir konu oluşturabilirler.

Duyğuları ilə davranan insan isə bəzən öz mənfəətinə zidd olan adi bir hadisədə belə böyük bir əsəb keçirə bilər. Hadisələr onun istədiyi kimi baş vermədikdə, bir insan onun arzuladığı bir şeyi etmədiyində anidən əsəbləşə bilər. Daxilən əsəb keçirdiyindən gözlənilmədən bir anda hökmü və mühakiməsi tamamilə bağlanaraq qeyri-ixtiyari hərəkətlər edə bilər.

Göründüyü kimi, insan Allahın onda yaratdığı duyğuları Allahın razılığı istiqamətinə yönəltməlidir. Yəni, Allahın razı olmadığı bir sevgi anlayışını, qorxunu, ya da əsəbi özündə saxlamamalıdır. Əks halda, Allahın göstərdiyi deyil, duyğularının göstərdiyi yolu mənimsəmiş olar. Bu da bir şirkdir (şərik qoşma).

Bax, insanda yaradılışdan var olan bu duyğular ağlın istiqamətləndirməsindən uzaqlaşanda, duyğusallıq dediyimiz xəstəlik başlayır. Həmin insanın davranışlarını, danışığını, hərəkətlərini, düşüncəsini, hadisələrə yanaşma tərzini duyğuları idarə etməyə başlayır. Bu zaman adam artıq ağlının idarəsindən çıxaraq, duyğularının idarəsi altına düşür. Belə bir insanın duyğuları ağlının önünə sədd çəkmiş, ağlını örtmüşdür.

Heç bir Qurani ölçü güdmədən sevdiyi insana ölənə qədər aşiq olan bir adamın və ya müdirindən, ərindən, hər hansı birindən şiddətlə qorxan bir kimsənin, ya da qəzəblənən bir insanın ağıllı davranmasını gözləmək mümkün deyil. Çünki bu insanlar sərhəd və ölçü tanımayan duyğularının əsiri olmuşlar və bunun nəticəsində də ağılları bağlanmışdır.

crying

Duyğusallıq insanı reallıqdan uzaqlaşdırır. Duyğusal insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri də xarici dünyanı yaşamağı istəməmələridir. Bu ruh halındakı bir kimsə xəyal aləmində yaşayar. Reallıqla arasındakı əlaqə son dərəcə zəifdir. Ağlın və məntiqin yerini duyğular, reallığın yerini isə xəyallar tutmuşdur. Bu baxımdan, romantik bir adamla əlaqə qurmaq, yəni bu adamla dialoqa girmək, onunla məsləhətləşmək, tövsiyə vermək o qədər də asan deyil. Əslində duyğusallıq psixiatriyada "şizofreniya" adlanan ruh xəstəliyinin yüngül formasıdır. (Əvvəl də ifadə etdiyimiz kimi, şizofreniya xəstələri reallıqdan tamamilə uzaqlaşaraq, öz xəyal dünyalarında yaşayırlar).

Duyğusal insanların vəziyyətini televiziya qarşısında film seyr edən bir kimsənin ağlamasına bənzədə bilərik: belə bir kimsə reallıqdan o qədər uzaqlaşmışdır ki, bu filmdə oynadığı rola görə pul alan, hətta bəlkə də həyatda hər cür pis əxlaqı üzərində daşıyan bir insanın filmdəki roluna görə əziyyət çəkdiyi üçün ona kədərlənə, hətta ağlaya bilər. Ağıllı bir adamın əsla düşməyəcəyi bu vəziyyət romantik bir zehniyyətin insanı reallıqdan nə cür qopardığını, nə qədər qeyri-sağlam düşüncəyə itələdiyini açıqca göstərməkdədir. Bax, bu yanlış dünyagörüş gündəlik həyatda yaşanan hadisələrə də əks olunmaqdadır.

Duyğusal insanların əksəriyyətinin əli-qolu bağlı oturan, yalnız ağlamaqla kifayətlənən, şikayətlənən, amma bu şikayətlənmələri, narahatlıqları yalnız sözdə olan insan olduqlarının şahidi oluruq. Məsələn, bir yaxınının qəzaya düşdüyü xəbəri gəlir, bunda mütləq bir xeyir olduğunu, sonra da necə kömək edə biləcəyini düşünmək yerinə, romantik bir adam ağlamağa başlayır və huşunu itirir. Sağlamlıqla əlaqədar lazımlı tədbirlər alınmışmı, həkim, dərman vəziyyəti necədir kimi sual vermək və necə yardım edə biləcəyini öyrənmək yerinə, şəxsən özü təsəlliyə, köməyə möhtac vəziyyətə düşür.

sensuality romanticism

Duygusal insanların en belirgin özelliklerinden biri de, karşılaştıkları sorunlar karşısında çözümsüz kalmaları, hemen karamsar bir ruh haline bürünmeleridir. Duygularıyla değil aklıyla hareket eden, tevekküllü insanlar ise, her olay karşısında benzeri olmayan, sayısız çözüm üretebilirler.

Başqa bir misal: yanında birinin halının birdən pisləşdiyini görür. Amma bu adama ilkin yardım göstərib təcili yardım çağırmaq əvəzinə, özü təlaşlanmağa, çaxnaşma yaratmağa, heyfslənməyə, şüursuz və ağılsız reaksiyalar verməyə başlayır. Hadisəni belə izah edə bilməz, qısacası yaşadığı duyğusallıq onu ağlını istifadə edə bilməz hala gətirdiyindən belə bir adamla bütün əlaqə kəsilər.

Ya da özünün ciddi bir narahatçılığı vardır. Ancaq bunu bildiyi halda, həkimə getdiyində ciddi bir xəstəlik diaqnozu ilə qarşılaşacağını, qorxub kədərlənəcəyini düşünərək xəstəliyinin əlamətlərini əhəmiyyətli hesab etməz. Ağıllı tərpəndiyində ala biləcəyi tədbirləri görməməzlikdən gələrək, xəstəliyini müalicə etdirmə fürsətini itirə bilər.

Nümunələrini daha da çoxalda biləcəyimiz duyğusal insanların göstərdikləri bu məntiqsiz, ağılsız reaksiyalar həyati baxımdan ciddi nəticələr meydana gətirə bilər. Nəticədə, bu insanlar şeytanın təsiri ilə ətraflarında baş verən və mənfi kimi görünən hadisələrdən elə sarsılırlar ki, özlərinə kömək etmək, təskinlik vermək lazım gəlir. Halbuki bir az ağıllı davranaraq yaşadıqları hadisələr qarşısında məqsədəuyğun qərarlar versələr, bu problemləri həll edə bilərlər.

Göründüyü kimi, romantik insanlar ağıllı nəticələr çıxaran, insanları istiqamətləndirən deyil, daim nəzarətdə olan, sahib çıxılan, insanlara yük olan insanlardır. Bütün bunların nəticəsində də, bu insanlar ağıldan istifadə edə bilməyən, daxilən qeyri-məsud, narahat, ətraflarına problem yaradan zümrəni meydana gətirirlər. Məsələn, duyğusal bir adam yanında köməyə ehtiyacı olan biri olduğunda, bu adama kömək etmək yerinə heyfslənməyi, "vay, vay, təəssüf" kimi ifadələr işlətməyi kafi görə bilər. Belə bir vəziyyətdə ağıl tamamilə arxa plana keçir. Bu səbəbdən də, bu anlayışdakı bir kimsədən bir fayda gözləmək səhv olar.

romantic

Allah Quranda bu kimi insanlarla möminlərin fərqini belə izah edir:

Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl surəsi, 76)

Möminlər hadisələrə duyğusal deyil, ağılla reaksiyalar verərlər və hər vəziyyətdə yuxarıdakı ayədə bildirildiyi kimi "ədalətli işlər görməyi əmr edər", yəni doğru olanın edilməsini təmin edərlər. Yaşadıqları hər hadisənin Allahın təqdiri ilə olduğunu bildiklərindən və Allahın özləri üçün dilədiyindən başqa heç bir şeyə güclərinin çatmayacağının şüurunda olduqlarından, bunun təslimiyyəti və rahatlığını yaşayarlar. Gözlənilməz bir reaksiya verməz, əsla ümidsizliyə qapılmaz, pessimist olmazlar. Çatışmamazlıq kimi görünən hadisələri belə Allahın özləri üçün bir gözəllik olaraq yaratdığını dərk edərlər.

Duyğusallığın təhlükəli istiqamətlərindən biri də bu adama səhvləri izah edildiyində, bunu qətiyyən qəbul etməməsi, hətta belə bir ehtimalı dinləməyi də ən başdan rədd etməsidir. Duyğusal bir insan kənardan gələn hər cür fikrə elə bağlıdır ki, dərhal haqsızlığa uğradığı hissinə qapılaraq ya kədərlənib ağlamaya başlayar, ya da küsüb bir kənara çəkilər. Bu baxımdan, romantik bir kimsəni tənqid etmək, ona bir şeyi xatırlatmaq, tövsiyə etmək belə mümkün olmaz.

Duyğusallıq insanlara küsəyən bir xarakter qazandırar. Bunun nəticəsində bu insanlar hər deyilən sözün altında özlərinə bir mesaj olduğunu düşünərək, son dərəcə fərqli və şişirdilmiş nəticələr çıxara bilərlər. Heç bir şərh etmədən uzun müddət danışmamaq, üzünü turşutmaq, salamlaşmamaq kimi etiraz üsullarından istifadə edə bilərlər. Real düşünə bilmədiklərindən, ya da həqiqətlə üz-üzə gəlməkdən çəkindikləri üçün onları tənqid edib düzəltmək də mümkün olmaz. Bir az əvvəl də ifadə etdiyimiz kimi, bu zehniyyətdəki insanlar onlara deyilən hər sözü ya özlərinə edilmiş bir haqsızlıq olaraq qiymətləndirərlər, ya da ümidsizliyə qapılarlar. Belə ki, Allah özlərinə bədbəxtliyi seçən bu cür insanlardan bir ayədə belə bəhs edir:

(Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla surəsi, 10-11) sad woman

Nəticədə, ağıllarından istifadə edə bilmədikləri üçün duyğularının təsiri altına düşən və buna görə gündən-günə ağılları daha da örtülən insanların bu hallarından təmizlənmədikcə dini qavramaları və yaşamaları mümkün deyil. Çünki Peyğəmbərimiz (s.ə.v.) "Ağlı olmayanın dini yoxdur" demişdir. Duyğusal, ağılsız bir insan sağlam bir mühakimə yürütmək qabiliyyətindən, tutarlı bir məntiqdən məhrumdur. Mömin üçün çox açıq olan bir mövzuda ziddiyyətlərə düşər. Vəsvəsələrlə boğuşar. Təmiz ağıl sahibləri üçün bir öyüd olan Quranı anlaya bilməz, ondan öyüd ala bilməz, Allahı təqdir edə bilməz, özünün ətrafında, kainatda baş verən hadisələrin yaradılış hikmətlərini, dünyanın, cənnətin, cəhənnəmin yaranma səbəblərini qavraya bilməz. Allahdan başqa ilah olmamasının nə məna verdiyini anlaya bilməz. Bu şüursuzluqdakı bir kimsənin hər fikri, hər düşüncəsi, hər məqsədi, hər niyyəti, hər davranışı özünü bir şirkdən başqa bir şirkə sürükləyər.

Bu, şeytanın insanları Allahın yolundan sapdırma üsullarından biridir. Quranda şeytanın insanları cəhənnəmə sürükləmək üçün hər cür üsulu istifadə edəcəyi belə bildirilmişdir:

Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 118-120)

Allahın bu ayələrini bilərək şeytanın vəsvəsələrindən üz çevirən, bu səbəbdən duyğularının təsirinə qapılmadan ağlını istifadə edən bir kimsə həqiqətləri dəqiq və aydın görər, ona görə davranar. Duyğusal, bu səbəbdən ağlı örtülmüş bir kimsənin içindən çıxa bilmədiyi, çox kompleks, ziddiyyətli, açıqlanması mümkün olmayan kimi gördüyü mövzular, ağıllı bir möminin gözündə son dərəcə asan, açıq, dəqiq və sadədir. Duyğusal insanlar ağıllarını bir kənara qoymuş, özlərini şeytanın sehrinə və iradəsinə təslim etmiş bir şəkildə şirkin qaranlığı və bataqlığı içində əbədi əzablarına doğru sürüklənərlər.

depression woman

Şeytan, verdiği vesveselerle duygusal insanları kolayca yönlendirir. Onları ümitsizliğe kaptırır ve çaresizliğe düşürür.

 

7 / total 11
"Harun Yəhyanın Şeytanın Bir Silahı: Romantizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net