Şeytanın Bir Silahı: Romantizm

< <
9 / total: 11

Romantik Sevgi Anlayışı

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Romantik sevgi anlayışından bəhs etmədən əvvəl möminlərin əsl sevgi anlayışının necə olduğunu xatırlatmaqda fayda vardır. İman sahibi olan şüurlu bir adam qəlbən sevməli, yaxınlaşmalı və bağlanmalı olan varlığın Allah olduğunu bilir. Çünki onu yoxdan var etmiş, bədənini, ağlını, şüurunu, imanını və sahib olduğu hər şeyi O vermişdir. Bütün ehtiyaclarını ödəmiş və ödəməkdədir. Onun üçün bu dünyada saysız nemətlər yaratmışdır. Allaha iman etdiyi və itaət etdiyi təqdirdə də onu həm dünyada, həm də axirətdə çox böyük və sonsuz bir nemətlə - özündən bir sevgi və razılıqla müjdələyir. Bütün bunları da yalnız bir rəhmət və lütf olaraq qarşılıqsız şəkildə verir. O halda əsl mənada hər kəsdən çox sevilməyə layiq olan yalnız Allahdır. Belə ki, Allah möminləri "(Ancaq) Rəbbinə üz tut!" ayəsi ilə bu mövzuda xəbərdar etmişdir. (İnşirah surəsi, 8)

İnsanlara duyulan sevgi də Allah sevgisindən qaynaqlanır. Allahı sevən insan Allaha itaət edən qullara qarşı şəfqət duyğusu hiss edir. Bu da, Allahın bu insanlar üzərindəki təcəllilərinə duyulan əsl sevgini meydana gətirir.

Sevginin meydana gəlmə səbəblərindən biri də sevilən kimsədəki üstün və gözəl xüsusiyyətlərə qarşı duyulan maraq və heyranlıqdır. Bu maraq və heyranlıq qarşı tərəfdən də qarşılıq gördüyündə aradakı əlaqə qüvvətli bir sevgi hissinə çevrilir. Ancaq burada əhəmiyyətli olan üstünlük və gözəlliyin əsl sahibini tapmaq, maraq, sevgi və heyranlıq hisslərini ona yönəltməkdir. O da bütün gözəlliklərin, üstün və uca sifətlərin qaynağı, sahibi olan Allahdır. Onun yaratdıqlarının sahibi kimi göründükləri üstün sifətlər isə yalnız Allahın sonsuz sifətlərinin çox kiçik bir əksidir və əslində Allaha aiddirlər. Ancaq müvəqqəti olaraq Allahın qulları üzərində təcəlli etməkdə, görünməkdədirlər.

Bu səbəbdən, sevgi ancaq Allahın Şəxsinə duyulmalıdır. Onun təcəllilərinə qarşı duyulan sevgi isə ancaq Allah ürəkdən və xatirdən çıxarılmadan Onun adına bəslənə bilər. İnsanın bir kimsəni və ya bir əşyanı Allahdan müstəqil bir varlıq olaraq görərək onu Allahı sevən kimi sevməsi isə şirk qoşulduğunun ən diqqətə çarpan əlamətlərindən biridir.

Yanlış bir sevgi bəsləmə nəticəsində şirk qoşmanın cəmiyyətdə bir çox növləri vardır. Atasını şirk qoşma, oğlunu şirk qoşma, arvadını, ərini, ailəsini, idarə rəhbərlərini şirk qoşma bunlardan bəziləridir. Hamısının da əsasında yanlış sevgi hissi vardır.

Bir ayədə müşriklərin Allahı qoyub bütlərə qarşı sevgi bəsləmələri belə bildirilir:

(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)

Axirətdə bu sevgi hissinin nifrətə və qarşılıqlı inkara çevrilməsi isə Quranda bizə bildirilir. Bunun səbəbi aralarında sevgi əlaqəsi yaradaraq bir-birlərini bütləşdirənlərin axirətdə bir-birlərinin sonsuz əzabına səbəb olmalarıdır. Yalnız Allahı ilah edən bir kimsənin başqa bir şeyi, başqa bir kimsəni Allah qədər, ya da Ondan daha çox sevməsi ola bilməz. Bunun əksini nümayiş etdirən müşriklər isə ayədə belə təsvir edilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Ayədə iman edənlərin ən çox Allahı sevdikləri ifadə edilmişdir. Deməli, Allahdan başqalarının sevgisi ürəyində daha güclü olan bir kimsənin iman edənlərdən olduğunu söyləmək mümkün deyil. Bunun əksini iddia edən bir adamın səmimi olmadığı, ya da Allahı və dini tanımadığı şübhəsizdir. Ayənin sonundan şirk qoşanların Allah haqqında səhv və az məlumata, anlayışa sahib olduqları aydın olur.

Bu cür insanlar Allahı lazim olduğu kimi təqdir edə bilmədiklərindən (Zumər surəsi, 64-65) sahib olduqları sevgi duyğusunu öz nəfslərinə və ya başqa insanlara yönəldirlər. Bunlar ataları, oğulları, qardaşları, arvadları, ərləri, sevgililəri, nümunə götürdükləri insanlar, heyran olduqları insanlar kimi bir çox insan ola bilər. Bəzi insanlarda bu sevgi cansız obyektlərə, hətta mücərrəd anlayışlara da istiqamətləndirilir. Pul, mal, ev, avtomobil, hər hansı bir əşya, mövqe, iqtidar kimi anlayışlar bütləşdirilir. Qısacası, imanla istiqamətləndirilməyən sevgi özü ilə bərabər şirk qoşmağı gətirir. Bu sevgi ağıllı olmadığı, yəni Allaha istiqamətləndirilmədiyi üçün romantik sevgidir. Allah Quranda belə ehtiraslı bir sevginin insanlara fayda gətirməyəcəyini, əsl qazancın Allah Qatında olduğunu belə bildirmişdir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali İmran surəsi, 14)

Doğru olan isə bütün bunları Allahın yaratdığı varlıqlar olaraq sevmək və onları Allahın vermiş olduğu bir nemət olaraq qiymətləndirməkdir. Xüsusilə insan sevgisi Allahın yaratdığı gözəl bir hissdir. Allah Quranda insanı "ən gözəl surətdə" yaratdığını bildirmişdir. Bu səbəbdən Allaha itaətli, gözəl əxlaqlı insanlara layiq olduqları şəkildə dərin bir sevgi bəsləmək də gözəl əxlaqın bir nümunəsidir. Möminin duyduğu bu sevgi dindən uzaq cəmiyyətlərdə yaşanan heç bir sevgi ilə müqayisə edilə bilməyəcək, çox uca, dərin bir duyğudur.

Sonrakı hissələrdə isə Allahın bir nemət olaraq insana verdiyi bu uca duyğunu yaşaya bilməyən insanlardan danışacaq, sevgi yolu ilə yaşanan şirk modelinin ən çox rast gəlindiyi qadın-kişi əlaqələri üzərində xüsusilə dayanacağıq.

Qadın-Kişi Əlaqələrindəki Şirk Sevgisi

romantic

Romantik kadın-erkek ilişkilerinde hüzün, gözyaşı, karamsarlık vazgeçilmez unsurlardır. Bu kişilerin bütün dünyaları karşılarındaki insandır. Onun nasıl baktığı, ne söylediği üzerine saatlerce düşünebilirler. bu da melankolik, akıl-dışı bir ruh hali meydana getirir.

Qadın-kişi əlaqələrində Allah rizası xaricində qurulan qarşılıqlı bağlılıq və birliklər insanları şirkə sapdıran ən əhəmiyyətli mövzulardan biridir. Bunlar evlilik, ya da cəmiyyətdə geniş yayılan evlilik xarici bərabərliklər şəklində ola bilər.

Bu romantik sevgi anlayışında Allaha qarşı yerinə yetirmələri lazım olan bütün vəzifələri bir-birlərinə edən, bir-birlərini Allahdan asılı olmayan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı duymaları lazım olan hissləri bir-birlərinə qarşı duyan "sevgililər" ortaya çıxır. Bu insanlar Allahı zikr etmək (xatırlamaq) yerinə, daim bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər gözlərini açdıqlarında özlərini yaratmış və onlara yeni bir gün verən Allahı xatırlayıb Ona şükür etmək əvəzinə, bir-birlərini düşünür, bir-birlərini xəyal edirlər. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışırlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər.

Qısacası, bu insanlar bir-birlərini ilah olaraq qəbul edərlər. Dünyada son dərəcə geniş yayılan bu sevgi anlayışının nümunələrinə baxıldığında, romantik kişilərin və qadınların açıq şəkildə bir-birlərinə "sənə tapınıram" kimi ifadələr istifadə etdikləri görülə bilər. Romantik sevgililərin bir-birləri ilə söhbətlərində, yazdıqları şeirlərdə "hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm" kimi ifadələr yer tutur. Halbuki hara baxılsa və hara gedilsə düşünülməsi lazım olan tək varlıq aləmlərin Rəbbi olan Allahdır.

Göründüyü kimi, xalq arasında günahsız, hətta məqbul bir sevgi növü olaraq görünən romantik eşq əslində Allah Qatında lənətlənmiş olan "şirk qoşma"nın bir parçasıdır. "Həqiqətləri tərs üzünə çevirən şeytan" hər mövzunu olduğu kimi bu anlayışları da əslindən uzaqlaşdıraraq insanlara bəzəkli göstərməkdə, insanların çoxu da şeytanın göstərdiyi yolu izləməkdədir:

(Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini özlərinə gözəl¬ göstərmişdi. (Şeytan), bu gün də onların dostudur. Onlar üçün üzücü bir əzab vardır (Nəhl surəsi, 63)

… Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı…(Ənkəbut surəsi, 38)

Quranda bu cür romantik əlaqələrdə qadınlara qarşı bəslənən ehtiras dolu sevgiyə xüsusilə diqqət çəkilir. Bu qadın adamın yoldaşı, sevgilisi, hətta uzaqdan "platonik" sevgi bəslədiyi hər hansı bir qadın da ola bilər. Əgər bu, Allahı unutduran, Allahı xatırlamağa mane olan, qəlbdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgidirsə adamı şirkə aparar. Şübhəsiz, eyni təhlükə yalnız kişilərə deyil, qadınlara da aiddir.

young woman

Gençler arasında sevgi yönelttiği insanı düşünmek, gördüğü bir ilgisizlikten dolayı bunalıma girmek, sık rastlanan bir durumdur.

Romantik qadın-kişi əlaqəsini yaşayanlar çox vaxt bu həqiqətlərdən xəbərsizdir. Öz-özlərini atdıqları təhlükənin şüurunda deyillər. Çünki çoxu uşaqlıqdan bəri cəmiyyətdən aldıqları yanlış təlqinlərin və özlərinə doğru yolu göstərəcək yeganə rəhbər olan Qurandan xəbərsiz olmalarının bir nəticəsi olaraq, işlədiklərinin Allah Qatında bir günah olduğunu bilmirlər. Allahın dinindən uzaq yaşadıqları üçün, əvvəl də ifadə etdiyimiz kimi, böyük bir bataqlığın içində olmalarına baxmayaraq, özlərini doğru yolda zənn edirlər. Allaha iman etmədikləri üçün ağıl və anlayışları korlaşmışdır.

Ağılsızlıqla yaşanan şirk sevgisi bir-birlərini ilah etmiş qadın və kişiləri bəzən çox böyük fəlakətlərə sürüyər. Məsələn, bir-birinə aşiq iki gəncin birlikdə intihar etməkdən zövq alacaq dərəcədə ağılları bağlana bilər. Dünyəvi şərtlərin bir yerdə olmalarına maneə törətdiyi iki gənc eşqlərini "əbədiləşdirmək", "ruhlarının sonsuza qədər birlikdə olması" kimi mənasız və reallıqdan uzaq təlqinlərlə əl-ələ tutaraq bir körpüdən atıla bilərlər. Halbuki bunu edərkən əslində özlərini cəhənnəm çuxuruna atdıqlarının fərqində deyillər. Haram olan bir hərəkəti bir maneə görmədən reallaşdırarkən öldüklərində Allaha qovuşacaqlarına deyil, bir-birlərinə qovuşacaqlarına inanırlar. Son anda ölüm mələklərini gördüklərində bunu anlayarlar, ancaq artıq iş-işdən keçmişdir. Qəzetlərdə tez-tez ümidsiz aşiqlərin intiharlarından, yazdıqları romantik məktublardan bəhs edən xəbərlərə rast gəlmək mümkündür. Bütün bunlar romantizmin insanların ağıllarını və şüurlarını nə dərəcə bağlaya bildiyinin konkret nümunələridir.

Bu dünyada romantizm səbəbindən gözü bağlı sevdiyi, ilah etdiyi yoldaşını adam axirətdə öz nəfsini qurtarmaq üçün fidyə olaraq verməyə çalışacaq. Çünki gözündəki pərdə qalxmış, ona vəd edilən əzabın həqiqi olduğunu anlamışdır. Ayələrdə bu insanların axirətdəki rəftarları belə təsvir edilir:

(Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. (Məaric surəsi, 11-14)

Bir başqa ayədə də eyni vəziyyət belə təsvir edilir:

O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır. (Əbəsə surəsi, 34-37)

Şirkə əsaslanan romantik sevgi anlayışı cəmiyyətdə "eşq", "romantizm", "saf və təmiz duyğular" və s. şəklində günahsız göstərilir, hətta ucaldılıb təşviq edilir. Xüsusilə də, gənc yaşdakı insanları təsirinə alan bu romantizm təlqini ağıl və şüurun inkişafına mane olduğu üçün dindən, imandan, yaradılış məqsədlərindən xəbərləri olmayan, Allahı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii bir davranış, bir həyat tərzi halına gətirmiş azğın nəsillər ortaya çıxır.

news

1) The Indian Express, 03.03.1998,
2)
The Indian Express, 29.05.1999,

3) Daily Mirror, 04.04.2002
4) Borneo Bulletin, 30.08.2001,

5) New York Post, 23.05.1992,
6)
Newsweek, 02.09.1996,
7) The Times of India, 19.03.2002

1) Hürriyet Gazetesi, 30.01.1999 2)Hürriyet Gazetesi, 01.06.2000 3) Sabah Gazetesi, 21.10.2000
Sevdiği bir insan kendisini terk ettiği için veya sevdiği kişi ile dünya şartlarında biraraya gelemediği için intihar etmek, sevdiği kişiden ilgi göremediği için kendi kendine zarar vermek, karısıyla veya kocasıyla kavga ettiği için kendini öldürmeye kalkışmak... Bu tarz haberler gazetelerde, televizyonlarda, haber sitelerinde zaman zaman karşımıza çıkar. Kuşkusuz tüm bunlar, kadın-erkek ilişkilerinde duygusallığın sebep olduğu sapkınlıklardandır. Yukarıda da bu sapkınlığın çeşitli örnekleri görülmektedir. En üstteki İngilizce haberlerde, karısının ölümünün ardından kendini öldüren (solda) ve sevgilisiyle kavga ettiği için sülfürik asit içip ölen kişilerden söz edilmektedir. Kuşkusuz şeytan, bu insanları kandırarak doğru yoldan saptırmıştır.

Televiziyada və filmlərdə romantizm və romantik mövzular çox geniş şəkildə insanlara təlqin edilir. Romantiklik sanki insanın təbii bir ehtiyacı olaraq qarşıya qoyulur. Romantizm mahnılarda, şeirlərdə, kitablarda ön planda işlənən mövzudur. Şeytan romantikliyin insanların ağıl istifadə etmələrinə, həqiqətləri görmələrinə, Allahı xatırlamalarına, yaradılış məqsədlərini və axirəti düşünmələrinə mane olan, onları dini yaşamaqdan uzaqlaşdıran, şirkə aparan bir xəstəlik olduğunu çox yaxşı bilir.

Bu səbəblə, şirk qoşmağı yalnız daşdan-taxtadan bütlərə səcdə etmək sananlar bu dünyada özlərini kənarda görüb axirətdə də “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!” (Ənam surəsi, 23) deyənlərdən olmaqdan çox çəkinməlidirlər.

Möminlərin Sevgisi

Qısacası, sevgi duyğusunun Allahdan başqasına, Onun yaratdıqlarına istiqamətləndirilməsi şirki ortaya çıxaran əhəmiyyətli bir səbəbdir. Möminlər isə əvvəl də ifadə etdiyimiz kimi, yalnız Allahı sevərlər, digər möminləri və Allahın yaratdıqlarını da onlarda Allahın təcəllilərini, Allahın sifətlərini gördükləri üçün Allah adına sevərlər. Allahdan asılı olmayan, müstəqil varlıqlar olaraq sevməzlər. Bu da xalis imanın şərti və göstəricisidir.

Möminin sevgisi aydın, nurlu, qəlbdə rahatlıq meydana gətirən bir sevgidir. Çünki sevgisini Allaha yönəltmişdir. Buna görə də, dünyada Allahın təcəllilərini saxladığı üçün sevdiyi bir kimsə və ya varlıq öldükdə və ya sevdiyi bir əşya itdikdə, ondan alınanda mömin kədərlənməz, bir məhrumiyyət, ayrılıq acısı çəkməz. Çünki sevdiyi varlıqdakı maddi-mənəvi bütün gözəlliklərin, təcəllilərin əsl sahibi Allahdır. Allah əbədi və əzəlidir. Hər şeydən əhəmiyyətlisi isə ona şah damarından daha yaxındır. Allah yalnız onu sınamaq üçün müvəqqəti olaraq bəzi təcəllilərini geri almışdır. İmanını və bu anlayışını davam etdirdiyi müddətdə diləsə bu dünyada, diləsə axirətdə sonsuza qədər ona daha çox gözəl sifəti ilə təcəlli edəcək. Bax bu sirri qavradığı və əsl imana qovuşduğu üçün möminə kədər və dərd verəcək heç bir vəziyyət ola bilməz. Allah möminin bu ruh halını belə təsvir edir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf surəsi, 13)

Dipnotlar

15.Narrated by Abu Dhar, Sahih Bukhari, Book 4, no. 445

9 / total 11
"Harun Yəhyanın Şeytanın Bir Silahı: Romantizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net