Şeytanın Bir Silahı: Romantizm

< <
10 / total: 11

Romantizmin Fiziki Təxribatları

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.
(Yunus surəsi, 44)

Duyğusallıq adamda ruhi və mənəvi cəhətdən böyük bir fəlakətə gətirib çıxardığı kimi, fiziki olaraq da ciddi bir təxribat edir. Bunların başında adamın gizlədə bilmədiyi, hər kəs tərəfindən müşahidə edilə bilən fiziki dəyişikliklər gəlir. Çünki ruhən yaşanan narahatlıqlar, gərginliklər, kədərlər təbii olaraq insanın xarici görünüşünə də əks olunur. Üz əzələləri, baxışları, mimikaları, əl və qol hərəkətləri, səs tonları bu insanların hər baxımdan duyğusallığın təsiri altında olduqlarını hiss etdirir.

Duyğusal insanlarda "psixosomatik" xəstəliklərin, yəni ruhi problemlərin gətirib çıxardığı fiziki pozuqluqların hamısına rast gəlinə bilər. Bədənin fiziki müqaviməti qırılaraq gücdən düşər. Bunun nəticəsində immunitet sistemi zəifləyər və bir-birinin ardınca xəstəliklərə tutular və ya mövcud bir xəstəlikdən sağalma müddəti uzanar.

sadwoman sadman

Duygusallığın yol açtığı ruhsal problemler, fiziksel rahatsızlıklara sebep olmakta, bu da çeşitli hastalıklarla kendini göstermektedir.

Xəstəliklərlə bərabər saç tökülməsi, ağarması, dərinin nəminin çəkilərək quruması, qalınlaşması, elastikliyini itirərək qırışması, çatlaması, bunun nəticəsində hər cür infeksiyaya yoluxması, hüceyrələrin yenilənməsi gecikdiyi üçün dərinin pis görünüş alması, rəng solğunlaşaraq üzün saralması, gözlərin solğunlaşması kimi daha bir çox dəyişiklik də bərabərində yaşanar. Bu səbəblə hər şeyi problem edən romantik, kədərlənməyə meylli insanlar tez yaşlanarlar. Bədənləri illərlə, günün hər anında sürən bu gərginliyi, duyğusal fırtınaları, ruhi dalğalanmaları qaldıra bilməz. Bunun nəticəsində də, yaşlılıq əlamətləri görünər və fiziki qüsurlar meydana gələr.

Romantikliyin adama fiziki olaraq verdiyi zərərlər bununla bitməz. Adamın daxilindəki qaranlıq və hüzn üzünə və rəftarlarına da əks olunduğundan bütün dinamizmi, canlılığı, həyat sevinci, şövqü səbəbindən də insani gözəlliyi ciddi şəkildə azalar. Baxışlarının donuqlaşması, gözlərinin kiçilməsi, saçlarının seyrəkləşməsi ya da cansızlaşması, üz əzələləri gərildiyi üçün ifadəsinin gərgin, daxili sıxıntılı olması bu dəyişmələrdən yalnız bir neçəsidir. Belə ki, şən, rahat, dinc olan insanların gərginli, stressli, ağlamağa meylli insanlara görə daha uzun yaşadıqları, daha sağlam olduqları da bir çox elmi araşdırma ilə təsdiqlənmiş bir həqiqətdir.

angryman angryman

Bundan başqa, bədənlərindəki bu dəyişikliklər qarşısında dünyanın keçici bir yer olduğunu, nə qədər aciz olduqlarını düşünmək əvəzinə və Allaha təslim olub iman etmək yerinə, yaşadıqları bu kabusu daha da şiddətləndirərlər. Yaşlanmanın, xəstələnmənin də özlərinə xeyirli olan istiqamətlərini görə bilmədikləri üçün bu vəziyyətləri əhvallarını pozan, həmişə ağıllarından çıxmayan bir narahatlığa çevrilər. Bax, bu sonsuz dövr nəticəsində bədənlərinin də qaldıra bilməyəcəyi bir yükün altına girərlər. Belə ki, həkimlər bir çox xəstəliyin səbəbini kədər, çətinlik, stress olaraq açıqlayarkən, tək qurtuluş yolu olaraq da yüksək əhvali-ruhiyyəni və sevinci təklif edərlər.

Stress və depressiyaya bağlı olaraq yuxu və nizamsız qidalanma, təzyiq xəstəliyi, mədə, böyrək, ürək kimi daxili orqanlarda ortaya çıxan müxtəlif xəstəliklər, astma kimi tənəffüs yollarının pozuqluqları, allergiya, eqzama, sədəf kimi dəri xəstəlikləri, miqren, xərçəng və daha bir çox problemin psixoloji qaynaqlı olduğu təsbit edilmişdir. Bədənin stress qarşısında reaksiyasının nəticəsi olaraq biokimyəvi reaksiyalar başlayar, enerji istehlakı maksimum səviyyəyə çıxar. Bu stress halının davamlılığında isə bədən funksiyalarını dəyişərək qeyri-stabil vəziyyətə düşər.

Stressin səbəb olduğu ağrılardan isə mütəxəssislər belə bəhs edirlər:

Stress və stressin doğurduğu gərginlik və ağrı arasında əhəmiyyətli bir əlaqə vardır. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən bölgələrinə gedən qan axınının pozulmasına və o bölgəyə gedən qanın bir xeyli azalmasına gətirib çıxarır. Digər tərəfdən bir toxumanın qansız qalması birbaşa ağrıya səbəb olur. Çünki bir tərəfdən gərgin toxumanın daha çox oksigenə ehtiyac göstərməsi, digər tərəfdən toxumanın onsuz da qeyri-kafi qanla bəslənməsi xüsusi ağrı alıcılarını xəbərdar edir. Bu vaxt adrenalin və noradrenalin kimi stress əsnasında sinir sisteminə təsir edən maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya bilvasitə olaraq əzələlərin gərginliyini artırır və sürətləndirir. Beləcə ağrı gərginliyə, gərginlik qayğıya, qayğı da ağrının şiddətlənməsinə yol açır. 12

İman etməyən insanlarda depressiya, stress nəticəsində yaddaşın zəifləməsi, diqqət dağınıqlığı, məntiqsizliklər, idarəsiz rəftarlar görünərkən, möminlər ağıl və ruhən son dərəcə sağlam və stabil olarlar. Çünki əsl dinclik, daimi sevinc ancaq Allaha təslim olmaqla, təvəkkül etməklə mümkün olar. Möminlər də Allaha və Allahın yaratdığı qədərə təslimiyyət və təvəkkül içində yaşadıqlarından sevincləri də, dinclikləri də daimi olar. Allahdan bir nemət olaraq bu cür bir təsirlərindən qorunmuş olarlar.

Romantizmin insanlara gətirdiyi böyük bir bəla olan hüzn duyğusu, ancaq imanın gətirdiyi təvəkkül və sevinclə ortadan qalxar. Allah cənnətə gedən möminlərin bu şəkildə həmd etdiklərini bildirir:

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. (Fatır surəsi, 34)

 

Dipnotlar

16.Acar Baltas, Zuhal Baltas, Stres ve Basa Cikma Yollari (Stress and Ways to Cope With It), Remzi Kitabevi, July 1997, p. 162.

10 / total 11
"Harun Yəhyanın Şeytanın Bir Silahı: Romantizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net