Şeytanın Bir Silahı: Romantizm

< <
11 / total: 11

Nəticə: Romantizm Xəstəliyindən Xilas Olmaq

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi, 61)

Dindən uzaq bir əxlaq və həyat sürən insanlarda ən köklü şəxsiyyət pozuqluqlarından biri olan romantiklik, əslində zənn edildiyi kimi adamın doğuşdan sahib olduğu, ya da tərk edə bilməyəcəyi bir xarakter xüsusiyyəti deyil.

Bu ruh halı adamın şüurlu, ya da şüursuz təlqinlə əldə etdiyi bir istiqamətdir. Bu səbəbdən duyğulara qapılmanın (ağlamağın, kədərlənməyin, hirslənməyin) iradələri xaricində olduğunu, buna etiraz etməyə güclərinin yetmədiyini iddia edənlər də səmimi olaraq düşündüklərində bunun doğru olmadığını görəcəklər. Məsələn, ağlayan, kədərli bir adama böyük məbləğdə pul təklif edilsə, ya da başqa mənfəət təqdim edilsə birdən-birə sevinəcək, istədiyi anda bu ruh halından asanlıqla çıxa biləcək. O zaman adamın xüsusi olaraq düşdüyü bu romantik hal həm ətrafına qarşı vicdansızca bir rəftar, həm də Allahın Quranda xəbər verdiyi kimi adamın öz-özünə zülm etməsidir:

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunus surəsi, 44)

Ancaq romantik insanlar bu həqiqəti qavraya bilməzlər. Onlar daim hüznlü və ümidsiz bir ruh halı içindədirlər. Hansı şərtlər altında olursa-olsun, kədərlənəcək, çətinlik duyacaq bir mövzu taparlar. Əslində bu insanlar özləri özlərinə zülm edirlər. Bu barədə bir ayədə belə deyilir:

İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər. (Rum surəsi, 36)

Bu insanların romantik ruh halından çıxa bilməsi, bu xəstəlikdən xilas ola bilməsi üçün şeytanın vədlərinə, aldatmacalarına qarşı ayıq, ağlının və vicdanının da tam açıq olması lazımdır. Bu isə ancaq adamın imanı ölçüsündə mümkün olar.

Əsl müsəlman özünə romantizmin acizliyini yaraşdırmaz: ağıllı olar, problemləri həll edər, ətrafındakılara nümunə olar. Müsəlman gözəl əxlaqı yaşamasından, gözəl söz söyləməsindən ötrü də təbii olaraq şən olar. Çünki doğru rəftarın müjdəsi, işığı, nuru ən çətin mühitdə belə insana nəşə və sevinc verəcək: dünyada dinc, şanlı, şərəfli gözəl bir həyata, axirətdə isə sonsuz nəşə və sevincə vəsilə olacaq. Bu səbəbdən hər an Allahın bəyənəcəyi bir niyyət və hal içində olan möminlər üçün kədər ya da çətinlik mövzusu olacaq, onları pessimizmə sürüyəcək heç bir şey olmaz. Bir ayədə Allah belə bildirir:

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi, 61)

Möminlərdəki sevinc, xoşbəxtlik, dinclik və güvən onlar üçün cənnət mühitinin dünya şərtlərindəki bir əksidir. Dünyada başlayan bu sevincləri axirətdə Allahdan ümid etdikləri cənnəti qazanmış olmanın dəqiqləşməsilə birlikdə daimi olar. İnananların axirətdəki sevinc içindəki vəziyyətləri bir ayədə belə bildirilmişdir:

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan surəsi, 11)

dolphin

Unhappy, overly emotional and pessimistic people cannot appreciate the beauty and blessings of this world. Though they may be surrounded by countless examples of this beauty, they see only the negative aspect of things, and become even more depressed. However, God, in His mercy and compassion, created these blessings for the sake of human beings. A believer keeps this idea at the forefront of this mind, and is grateful to God for His blessings.

Bir başqa ayədə isə Allah axirət günü möminlərlə inkarçılar arasındakı fərqi belə bildirir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (Əbəsə surəsi, 38-42)

İnkarçılar da axirətdə dünyada şeytana uyaraq yaşadıqları cəhənnəm həyatının əslini (qat-qat şiddətlisini və sonsuza qədər sürəcək olanı) yaşayarlar. Eynilə möminlərin sevinc və xoşbəxtliklərinin cənnətdə sonsuz və müddətsiz davam edəcəyi kimi:

(Qiyamət) gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq. Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada fəryad qoparacaq və zarıyacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir sovqatdır. (Hud surəsi, 105-108)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32)

 

11 / total 11
"Harun Yəhyanın Şeytanın Bir Silahı: Romantizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net