Sonsuzluq Artıq Başlamışdır

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
7 / total: 7

Nəticə

Bütün bu izah edilənlərdən sonra Allahın hər yeri sarıb-bürüdüyü daha yaxşı aydın olur. İnsan əsli ilə əsla əlaqədə ola bilmədiyi, zehnində var olan bir kölgələr aləmində, zamansızlıq içində tək-tənha bir şəkildə sınanır. “Məni yaratdığım kimsə ilə tək burax" (Muddəssir surəsi, 11) ayəsi də bunun açıq bir dəlilidir.

Bu kitabda izah edilənlər yaxşı aydın olduğu təqdirdə Quran ayələri və kainatdakı hər şeyin mənası çox daha yaxşı qavranacaq. İnsan özü də daxil olmaqla hər şeyin yalnız kopiyası ilə əlaqədə olduğu bir dünyada yaşayır. Hər şeyin görüntü olduğu bu kopiya kainatda tək mütləq varlıq Allahdır, Ondan başqa İlah yoxdur. İnsanların Allahı unudaraq dəyər verdikləri, dinlərini tərk etdikləri, arxasından getdikləri hər şey boşdur:

Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür. (Loğman surəsi, 30)

İnsan bir cür ekranda 3 ölçülü, son dərəcə dəqiq, son dərəcə həqiqi bir film seyr edir. Bu ekrana sanki yapışıq olduğundan heç cür filmdən ayrılıb içində olduğu vəziyyəti görə bilməz. Allahın hüzurunda olduğunu və sınandığını unudub, özünə müstəqil bir mənlik verər və özünü çox əhəmiyyətli zənn edər. Ekranda seyr etdiyi bədənini, mallarını, mülklərini, ailəsini və yoldaşlarını sahiblənər, bunlarla qürurlanar. Halbuki "Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi (olan Allah) nə qədər xeyirxahdır!..." (Zuxruf surəsi, 85) ayəsində də bildirildiyi kimi bütün bunların tək sahibi Allahdır. Allah bir anda insana göstərdiyi ekrandakı görüntünü qaldırsa adam əslində tək-tənha olduğunu anlayacaq və bu açıq-aşkar həqiqəti dəhşətlə dərk edəcək. Ekranda seyr etdiyi görüntüləri və ekrandakı bədənini özününmüş kimi sahibləndiyi və bunlarla qürurlandığı üçün çox böyük utanc duyacaq.

Bu həqiqətlər üzərində düşünən insan Allahın qarşısındakı acizliyini və kiçikliyini də anlayacaq. İnsan ancaq Allaha boyun əydiyi, ONA qarşı itaatkar olduğu halda dəyər qazanar, sonsuzluq içində gözəl bir həyat yaşaya bilər. Allahın özünə sonsuza qədər cənnət görüntülərini göstərməsini ümid edə bilər.

Allahın qullarından istədiyi son dərəcə açıqdır: Onun böyüklüyünü təqdir etmələri və Onun təyin etdiyi sərhədləri aşmamaları. Amma bəzi insanlar qəflətin şiddətindən onları Yaradan Uca Allahı unudur və ya inkar edirlər. Bu nöqtədə onları aldadan ən əhəmiyyətli mövzulardan biri isə var zənn etdikləri izdihamlı insan birlikləridir. Bu insanlar dostlarını, yoldaşlarını, sirdaşlarını, eyni zehniyyəti paylaşdıqları bütün insanları var zənn etdikləri və tək-tənha olduqlarını unutduqları üçün belə azğın bir xarakter göstərirlər. Halbuki bir insanın ətrafı nə qədər izdihamlı olursa-olsun nəticədə tək-tənhadır və ona Allahdan başqa kömək edə biləcək heç bir kimsə yoxdur:

… Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)

İnsanlar "Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək." (Məryəm surəsi, 95) ayəsi ilə xəbər verildiyi kimi qiyamət günü də Allahın hüzuruna tək-tənha gedəcəklər. Özləri kimi Allahdan və din əxlaqından uzaq olan, bu günləri ilə qarşılaşacaqlarını unudan yoldaşları, dostları və sevdikləri də yanlarında olmayacaq. Hətta aldanıb arxasından getdikləri şeytan onları tərk edəcək:

Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 29)

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

Bu həqiqətləri səmimi bir yanaşma içində olan hər insan rahatlıqla anlayacaq. Çünki Allahın ayələri çox açıqdır. İnsan istər izdihamlı bir insan birliyinin ortasında olsun, istər bir kinoda, istər bir yığıncaqda, istər sevdikləri ilə, istəsə də saysız insanın olduğu bir prospektdə olsun, nəticə dəyişməz, əslində təkdir. Bu həqiqəti anlaya bilməyənlərin vəziyyəti bir ayədə belə təsvir edilir:

... Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır. (Həşr surəsi, 14)

Rəbbimizin ona göstərdiyi bu böyük məlumatlar üzərində dərindən düşünən insanlar isə möminlərdir ki, yalnız onlar öyüd alıb düşünə bilərlər:

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəh¬¬mətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)

Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar. (Rəd surəsi, 19)

Gəlin siz də Rəbbimiz olan Allaha təslim olun, ONA qəlbən itaət edin.

Beləliklə də, görməyən insan olmaqdan xilas olun.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32)

 

7 / total 7
"Harun Yəhyanın Sonsuzluq Artıq Başlamışdır kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net