< <
4 / total: 16

Kamil iman sahibinin ibadətləri


Kamil iman sahibi olan bir insan ibadətlərinə göstərdiyi dəqiqliklə özünü müəyyən edir. Allah`ın fərz qıldığı beş vaxt namaz, oruc, dəstəmaz ibadətlərini həyatı boyunca (sağlamlıq şərtləri əlverişli olduğu müddətdə) şövqlə davam etdirir. Allah saleh müsəlmanların ibadət şövqünü bir çox ayəsi ilə xəbər vermişdir:

O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün axirət yurdu – əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. (Rəd surəsi, 22)

O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. (Həcc surəsi, 35)

Beş vaxt namazın əhəmiyyəti

İmandan sonra gələn ən əhəmiyyətli ibadətlərdən olan namaz möminlərə həyatları boyunca davam etdirmələri əmr edilən, vaxtları təyin olunmuş bir ibadətdir.

İnsan unutmağa və qəflətə düşməyə meyilli bir varlıqdır. İradəsindən istifadə etməyib gündəlik hadisələrin axışına qapılsa, əsl diqqətini verməsi və ağlında tutması lazım olan mövzulardan uzaqlaşar. Allah`ın hər tərəfdən onu sarıb-bürüdüyünü, hər an onu izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allah`a verəcəyini, ölümü, cənnətin və cəhənnəmin varlığını, qədərin (taleyin) xaricində heç bir hadisənin meydana gəlməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək həyatının əsl məqsədini xatirindən çıxara bilər.

Gündə beş vaxt qılınan namaz isə bu unutqanlıq və qəfləti yox edər, möminin şüurunu və iradəsini canlandırar. Möminin daim Allah`a yönəlməsini təmin edər və yaradıcımızın əmrləri istiqamətində həyat sürməsinə kömək edər. Namaz qılmaq üçün Allah`ın hüzurunda dayanan Kamil iman sahibi olan mömin Allah`la güclü bir mənəvi əlaqə qurar. Namazın insana Allah`ı xatırlatdığı və insanı hər cür pislikdən saxladığı bir ayədə belə bildirilir:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allah`ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

Namaz ibadəti başda peyğəmbərlər olmaqla, bütün iman edənlərə fərz qılınmış bir ibadətdir. Tarix boyunca insanlara göndərilmiş peyğəmbərlər qövmlərinə Allah`ın fərz etdiyi bu ibadəti təbliğ etmişlər, özləri də həyatları boyunca bu ibadəti ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olmuşlar. Bu istiqaməti ilə namaz Allah`ın elçilərinin qövmlərinə etdikləri feili bir təbliğ şəklidir.

Quranda peyğəmbərlərə namaz qılmalarının əmr edilməsi, onların bu ibadətə verdikləri əhəmiyyət, bu ibadəti yerinə yetirməkdə və qorumaqda göstərdikləri qətiyyət, qövmlərinə namaz qılmağı əmr etmələri ilə əlaqədar bir çox ayə vardır.

- Bir ayədə hz. İbrahim barədə belə bildirilir:

Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)

- Hz. İsmayıl barədə Quranda belə buyurulur:

Kitabda İsmaili də xatırla! Həqiqətən, o, öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi. O, öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm surəsi, 54-55)

- Başqa bir ayədə Allah hz. Musaya belə bildirir:

Həqiqətən, Mən Allah`am. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Taha surəsi, 14)

Mömin qadınlara nümunə olaraq göstərilən hz. Məryəmə də namaz qılması əmr edilmişdir:

Ey Məryəm! Rəbbinə itaət et, səcdə et və rukuya gedənlərlə birlikdə rukuya get! (Ali-İmran surəsi, 43)

Quranda "Allah`ın sözü" olaraq xarakterizə edilən hz. İsa da eyni əmri almışdır:

(Körpə dil açıb) dedi: "Həqiqətən də, mən Allah`ın quluyam! O, mənə kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi". (Məryəm surəsi, 30-31)

 

4 / total 16
"Harun Yəhyanın Kamil Iman kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net