< <
12 / total: 16

Nəticə


Kitabın əvvəlindən bu yana yalnız "iman etdik" deməyin, ya da din əxlaqına "bir ucundan ibadət etməyin" kifayət etməyəcəyini, Allah`ın məqbul gördüyü modelin "yarışıb önə keçmək", təqva sahibi möminlərə nümunə olmaq, hər an üstün bir əxlaq göstərmək olduğunu izah etməyə çalışdıq. Möminləri Allah`dan gücləri yetdiyi qədər qorxmağa, özlərini əsla yetərli görməməyə və hər an Allah rizasını axtarmağa, vicdanlarından son həddə qədər istifadə etməyə çağırdıq.

Ancaq burada əhəmiyyətli olan bir mövzu yenə vardır. Kamil iman sahibi olmaq uzun sürən səy nəticəsində əldə ediləcək bir şey deyil. Allah bir ayədə "Səni ən asan olana müvəffəq edərik" (Əla surəsi, 8) şəklində bildirmişdir. İnsan kamil mənada bir imana qısa bir müddətdə çata bilər. O günə qədər necə həyat sürməyindən asılı olmayaraq, bu bir anlıq qərarı ilə həyatının qalan hissəsini Allah`ın məmnun olacağı şəkildə keçirə bilər. Dinin təqdim etdiyi gözəl əxlaqı nöqsansız şəkildə yaşaya bilər.

Bütün bunları açıq şəkildə ifadə etdikdən sonra indi də hər kəsi bu mövzuda "tələsik davranmağa""təxirə salmamağa" çağırırıq. Çünki insana verilən müddət qısadır. İnsan bu dünyada, bəlkə, bir "göz qırpımında" və ya "gündüzün ancaq bir saatı" qədər bir müddət həyat sürəcək. Bu vəziyyətdə ona verilən bu məhdud müddət ərzində zamanla yarışmalı və gözəl davranışlar göstərməyə çalışmalı, Kamil imanı yaşamağa tələsməlidir. Allah bu müddətin sonunda təqvada davamlılıq göstərən, yarışıb önə keçən, Özünə yaxınlaşmaqda tələsən qullarına cənnəti vəd etmişdir. Orada onlar peyğəmbərlər, sadiqlər, şəhidlər və salehlərlə birlikdə olacaqlar və hər şeydən əhəmiyyətlisi, Rəbbimizə qovuşacaqlar. Allah orada onlara bir də "salam" olduğunu müjdələyir ki, möminlər üçün bu, ən gözəl mükafatlardan biridir:

Həqiqətən də, cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhmli Rəbb (onlara): "Salam" , - deyəcək. (Yasin surəsi, 55-58)

Allah`a və Elçisinə itaət edənlər Allah`ın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Bu lütf Allah`dandır. Bilən olaraq Allah kifayət edər. (Nisa surəsi, 69-70)

Gəlin siz də bu mükafatı əldə etmək, Allah`ın rizasını qazanmaq və cənnətlərdə peyğəmbərlərlə və Kamil iman sahibi möminlərlə yerləşmək üçün tələsin.

Kamil imanı ən gözəl şəkildə yaşayaraq bütün müsəlmanlara ayələrdə ifadə edildiyi kimi, təqvada öndər və nümunə olun. Allah Quranda qurtuluş tapmaq istəyən bütün insanları bu əxlaqı yaşamağa dəvət edir:

Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar. Onlar deyərlər: "... Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!" Onlar səbir etdiklərinə görə (cənnətdə olan) otaqla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar. O, nə gözəl məskən, necə də gözəl iqamətgahdır! (Furqan surəsi, 73- 76)

 

12 / total 16
"Harun Yəhyanın Kamil Iman kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net