< <
16 / total: 16

Yaradılış həqiqəti 2
Fosillər təkamülü təkzib edir

qum balığı
 

Yuxarıdakı 50 milyon illik qum balığı fosilidir.

Yanında hal-hazırda mövcud olan bir qum balığıdır.

Şəkildə görünən qum balığı fosili 50 milyon yaşındadır və 50 milyon ildir heç bir dəyişikliyə məruz qalmamışdır. Hal-hazırda, dənizlərdə yaşayan qum balıqları ilə eyni olan bu fosil təkamül nəzəriyyəsinin əsassızlığının bir dəlilidir. Aşağıda görünən canlı qum balığı ilə 50 milyon illik fosil arasındakı bənzərlik açıq-aşkar görünür.

dovşan fosili
 

33 milyon illik dovşan fosili.

Yanda isə hal-hazırda yaşayan bir dovşan.

Milyonlarla fosil içərisində hətta bir dənə də yarı timsah-yarı dovşan və ya yarı ilan-yarı dovşan xüsusiyyətləri olan canlı nümunəsi tapılmamışdır. Ancaq dovşanların həmişə dovşan olaraq var olduqlarını göstərən minlərlə qalıq vardır. Fosillərin göstərdiyi həqiqət açıq-aşkardır: canlılar təkamül keçirməmişlər, onları Allah yaratmışdır.

siyənək balığı fosili
 

54- 37 milyon illik siyənək balığı fosili

 

Hal-hazırkı canlı siyənək balığı nümunəsi

Fosillər təkamülçülərin canlıların bir-birlərindən törədikləri, mərhələli inkişaf etdikləri iddialarını yerlə yeksan etdi. Ən aşağıda hal-hazırda yaşayan bir siyənək balığı görünür, üstdəki şəkildə isə yan-yana daşlaşmış iki ayrı siyənək növü görünür. Bütün xüsusiyyətləri ilə daşlaşmış bu balıqlar canlıların yaradıldığının dəlillərindəndir.

söyüd yarpağı qalığı
 

Təxminən 54 - 37 milyon illik söyüd yarpağı qalığı.

Dünyanın hər tərəfindən yığılan yüz minlərlə bitki fosili təkamül nəzəriyyəsini qəti şəkildə təkzib edir. Şəkildəki söyüd yarpağı fosili də 50 milyon ildir söyüdlərin dəyişikliyə məruz qalmadan varlıqlarını davam etdirdiklərinin dəlilidir. Fosillər bitkilərin təkamül keçirmədiyini, yaradıldığını söyləyir.

dəniz iynəsi fosili
 

Yuxarıda 23-5 milyon illik dəniz iynəsi fosili. Yan tərəfdə dəniz iynəsinin hal-hazırkı canlı nümunəsi.

Dəniz iynəsi dəniz atları ilə eyni fəsiləyə daxil olan kiçik bir balıq növüdür. 23 - 5 milyon yaşındakı dəniz iynələri ilə hal-hazırda yaşayan dəniz iynələrinin bir-birindən fərqi yoxdur. Bu, canlıların pilləli olaraq təkmilləşdiyini irəli sürən darvinistlərin saxtakarlıqlarını üzə çıxarır.

ilan
 

İlan Dövrü: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Messel, Almaniya

Hər bir sürünən növünün özünəməxsus xüsusiyyətləri ilə bir anda var olduqlarının və bu müddət ərzində heç bir dəyişikliyə məruz qalmadıqlarının xeyli fosil dəlili var. Bu dəlillərdən biri də şəkildə görünən 50 milyon illik ilan fosilidir.

www.Allahvar.org

uçan balıq fosili
 

100-95 milyon illik uçan balıq fosili. Yandakı isə uçan balıqların hal-hazırda yaşayan bir nümunəsi.

100 milyon ildir ən kiçik bir dəyişikliyə də məruz qalmayan uçan balıqlar təkamülçülərin canlıların mənşəyi və tarixi haqqındakı bütün iddialarını yerlə yeksən edir. Elmi tapıntılar canlıların pilləli olaraq təkmilləşmədiyini, uca Allah tərəfindən yaradıldığını ortaya qoyur.

mərsin balığı fosili
 

Yandakı şəkildə 144-65 milyon illik mərsin balığı fosili. Üstdəki şəkildə isə hal-hazırda dənizlərdə yaşayan bir mərsin balığı görünür.

Hal-hazırda, yalnız iki fəsiləsi nəslini davam etdirən mərsin balıqları həmişə mərsin balığı olaraq var olmuşlar. Ən aşağıdakı şəkildə görünən və Çində tapılmış 144-65 milyon yaşındakı mərsin balığı fosili də bu həqiqəti təsdiqləyir.

www.fosilmuzeyi.com

qurbağa
 

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Messel, Almaniya

Pelobatidae (palçıqda yaşayan) fəsiləsinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içərisində, bir qismi də su olan mühitlərdə yaşayır. Bu heyvanlar bir anda ortaya çıxmışlar, yəni yaradılmışlar və ilk ortaya çıxdıqları andan bu yana heç bir "təkamülə" məruz qalmamışlar.

www.tekamulsaxtakarliqlari.com

tısbağa fosili
 

Hal-hazırkı tısbağalar və milyonlarla il əvvəlki tısbağalar arasında heç bir fərq yoxdur.

 

Aşağıda 37-23 milyon illik tısbağa fosili.

Ən qədim qurbağa fosilləri təxminən 200 milyon il əvvələ aiddir və o dövrdən bu yana bu canlılarda heç bir dəyişiklik olmamışdır. Şəkildə görünən 37 - 23 milyon illik tısbağa fosili də mükəmməl incəlikləri ilə hal-hazırkı tısbağalardan fərqli olmadığını göstərir.

ayı fosili
 

Yan tərəfdə hal-hazırda quruda yaşayan ayı görünür.

 

Ayı kəlləsi
Yaş: 50 min illik
Dövr: Pleistosen
Bölgə: Miçiqan, ABŞ

Təkamülçülər itlərlə ayılar arasındakı bəzi anatomik bənzərliklər irəli sürərək hər iki canlının ortaq bir atadan təkmilləşdiyini iddia edirlər. Fosil qeydləri isə bu iddianın düz olmadığını göstərir. Şəkildə görünən quruda yaşayan ayı kəlləsi fosili də ayıların hər hansı bir təkamül keçirmədiklərinin dəlillərindəndir.

Timsah fosili
 

Timsah kəlləsi
Dövr: Kaynozoy erası, Eotsen dövrü
Yaş: 54 - 37 milyon il
Bölgə: Şimali Afrika

200 milyon il əvvəl yaşamış timsahların da, şəkildə fosil nümunəsi görünən təxminən 50 milyon il əvvəl yaşayanların da, hal-hazırkıların da bir-birindən heç bir fərqi yoxdur. Timsahların yüz milyon il boyu dəyişmədiyini sübut edən fosil tapıntıları, eyni zamanda, təkamülü çürüdür və bütün canlıları Allah`ın yaratdığı həqiqətini göstərir.

16 / total 16
"Harun Yəhyanın Kamil Iman kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net