İslam Terroru Lənətləyir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
4 / total: 10

Qurana Əsasən, Şəriət, Cihad və Savaş

Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.
(Bəqərə surəsi, 143)

Dünyadakı terror aktlarını İslam adından həyata keçirdiyini deyən və İslamı vəhşilik dini göstərənlərin yanlış şərh etdiyi iki əsas anlayış vardır: şəriət və cihad

Allah “Yusif” surəsinin 111-ci ayəsində Quranın hər şeyi müfəssəl açıqladığını bildirmiş, lakin uydurma hədisləri özlərinə rəhbər edən radikal zehniyyət Quranı qətiyyən yetərli görməmişdir. Odur ki, həmin zehniyyəti daşıyanlar bu səbəbdən dolayı tarix boyu bir qisim Quran hökmlərinin yetərli olmadığını (Quranı tənzih edirik) və açıqlanmasının gərəkdiyini iddia etmişlər. Beləliklə də Quranın ancaq hədislər yolu ilə anlaşılacağını ortaya atmışlar.

Hədislər Peyğəmbərimizin (səv) sözləri olaraq bu günə qədər gələn izahlardır. Bir qismi səhih, yəni gerçək söz və əməllər olmaqla yanaşı, bir qismi də zamanla uydurulmuşdur. Bir qisminin isə zamanla mənası dəyişdirilmişdir. Bir hədisin həqiqətən Peyğəmbərimizin (səv) sözü olduğunu anlamağın iki yolu var: Qurana uyğun olması və gerçəkləşməsi. Qurana zidd olan sözün Peyğəmbərimizə (səv) aid olduğunu iddia etmək tamamilə cəfəngiyatdır. Çünki Peyğəmbərimiz yalnız Qurana tabe olmuşdur.

“Əsr namazı” rəsmi, Qahirə. (Con Frederik Luis, 1847)

Quranın ancaq hədislərlə anlaşıldığı məntiqi İslam dünyasına daima böyük zərərlər vermişdir. Çünki bu məntiqlə düşünən bir qisim müsəlmanlar uydurma hədislərə inanmağa başlamışlar. Hətta bir müddət sonra Quranı kənara qoyub yalnız həmin uydurma hədisləri dinin qaynağına çevirmişlər. Uydurma hədislər Quran ayələrinə zidd düşəndə isə bəziləri bu hədislərin Quran ayələrini nəsh etdiyini (ayələrin hökmünü qaldırdığını) deməyə cürət belə etmişlər. Yüzlərlə fərqli hədisdən qaynaqlanan fərqli dinlər ortaya çıxmış və İslam dini üzrə bir-birinə çoxlu mövzuda zidd olan ayrı məzhəblər ortaya çıxmışdır. Məzhəb alimləri isə özlərinə müsəlman demiş, lakin hamısı fərqli fikri müdafiə etmişlər. Hətta biri-birinin dindən çıxdığını düşünmüşlər.

İslam aləminin düşdüyü bu vəziyyəti Peyğəmbərimiz (səv) Quranda uca Allaha belə şikayət edir:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” -deyəcək. (Furqan surəsi, 30)

Həqiqətən də İslam aləminin böyük qisminin problemi budur və müsəlmanlar Quranı tərk edilmiş kitab kimi kənara qoyublar. Quran tərk edildikdən sonra növbə icmaya gəlmişdir (icma: hər hansı bir dövrdə yaşamış din böyüklərinin müqayisəli dəlillərə əsaslanıb şəriət mövzusunda hökm çıxarması). Bu şəxslər Qurana tabe olmadıqlarına görə minlərlə hədisin arasında sanki “boğul”muş və hökmləri nə Quranın, nə də hədislərin açıqladığı qənaətinə gəlmişlər. Daha sonra isə bu din “böyükləri” İslam adından qanunlar çıxarmağa başlamışlar.

İlk öncə məzhəblər, daha sonra məzhəbdaxili icmalar bir-biri ilə çəkişməyə başlamışdır. Hər din “böyüyü”nün öz şərhi hökm kimi qəbul edilmiş, hər camaat fərqli tətbiqi əsas almış və böyük İslam aləmi məzhəb və siniflərə, sonda isə kiçik qruplara bölünməyə başlamışdır. Quran isə bəzək kimi divardan asılı qalmışdır. Bütün bunların nəticəsində İslam cəmiyyətinin böyük qismi Quranı tərk etmişdir.

İslam əleyhdarlarına nəzər saldığımızda onların bir çoxunun xurafatçılarla eyni düşüncədə olduğunu görürük. Onlar da İslamı Qurandan öyrənmirlər. Xurafatçılar kimi onlar da İslamı uydurma hədis, ənənə və bir qisim dindarların Qurana uyğun gəlməyən şərhləri əsasında qiymətləndirirlər. Onlar İslama xurafatçıların həyatı və tətbiqi kimi baxır, bu uydurma dinin qaydalarına şəriət deyirlər. Quranın dəyərlərindən xəbərsizdirlər, lakin xurafatçıların saxta dininin qanunlarını çox yaxşı bilirlər. Bu qanunları mühakimə edərkən İslamı hədəf aldıqlarını düşünürlər. Xurafatçıların dinini elə müdafiə edirlər ki, bunun İslama aid olmadığını deyəndə inanmırlar. Belə ki, bu, böyük xətadır.

Həmin şəxslər xurafatçı düşüncəyə qarşı çarə axtarırlarsa, buna inanmalıdırlar. Onların dini İslam deyil. Bir müsəlmana Quran tək başına kafidir. Hədislər Qurana uyğun olduğu müddətcə doğru və etibarlıdır. Qurana uyğun olmayan hədisin İslamda yeri yoxdur. Əgər müsəlman Quranda İslamı tapa bilmirsə, deməli, başqa din axtarır. O dinin şəriəti isə İslam deyildir.

Hər il dünyanın dörd tərəfindən iki milyona yaxın müsəlmanın ziyarət etdiyi Kəbə İslam əxlaqındakı sülh və mərhəmətin simvoludur.

Qurandakı Gerçək Şəriət

Şəriət kəlməsinin mənası yol deməkdir. Müsəlman Qurana baxaraq hansı yolu gedəcəyini asanlıqla anlaya bilər. Quranda haramlar olduqca azdır və qəti hökmlərlə bildirilmişdir. Müzakirə və şərhə açıq deyildir. Məsələn, adam öldürmək, zina etmək, faiz almaq, donuz əti yemək, qan içmək kimi hökmlər Quran ayələrində qəti ifadələrlə bildirilən haramlardır. Bu, Quranın əhəmiyyətli özəlliyidir. Ayələri öz istəklərinə uyğun şərh edib haram çıxarmağa çalışan şəxslər bunu öz düşüncələri əsasında edirlər. Halbuki Allah haramları qəti hökmlərlə qadağan etmişdir. Aşağıdakı ayədə bildirildiyi kimi:

O, sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. (Bəqərə surəsi, 173)

Allah Quranda İslam adından halal-haram çıxaran şəxslərin varlığını belə bildirir:

Dilinizin uydurduğu yalana əsasən: “Bu, halaldır; o, haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)

Peyğəmbərimizin (səv) dövründən sonra ayənin təsviri ilə Allaha qarşı yalan uyduran insanlar ortaya çıxmışdır. Onlar Quranın əksinə olaraq istədiyi şeylərə halal və ya haram demişdir. Fəqət elə bir topluluq da vardır ki, Allah onların özəlliklərini xüsusilə vurğulayır. Bu, onların halal nemətləri haram etmələridir.

Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)

Odur ki, dünyada şəriət adı altında tətbiq edilən, halbuki tamamilə İslama zidd olan vəhşilik sistemi Qurandan uzaqlaşmağın nəticəsidir. Quran ayələri ilə açıqlanan gerçək şəriət, yəni Quranın doğru yolu isə belə təsvir edilə bilər:

Quran şəriəti sevgi, hörmət və hər din və fikrə mənsub insanlara mərhəmət deməkdir.

Quran şəriəti demokratiyanı şərt qoyur və fikir azadlığını təmin edir.

Quran şəriətində insanlar açıq düşüncəli, müasir və bilikli, həmçinin elm və incəsənətə, dostluq və sevgiyə dəyər verən insanlardır.

Quran şəriətində nifrət, çəkişmə və savaş yoxdur.

Bu meyarlara baxıb Quran şəriətinə uyğun İslam ölkəsinin hazırda dünyada olub-olmadığına baxaq. Əlbəttə, yoxdur. Bu şəriət Peyğəmbərimizin (səv) dövründən bəri tətbiq olunmamışdır. Hazırda dünyada şəriətlə idarə olunduğunu deyən ölkələr İslamın yerinə xurafatı önə sürürlər. Bir qisim uydurma hədisləri rəhbər tutub Quranı tərk edirlər.

Qurandakı gerçək şəriət sisteminin tətbiq olunmamağı, əvəzində belə vəhşiliyin İslam adından tanıdılmağı, təbii ki, qorxulu hadisədir. Lakin bunun çarəsi İslamı günahlandırmaq deyil. İslamı günahlandıranlar, ümumiyyətlə, radikalizm və şiddətin yeganə həll yolunu aradan götürməyə çalışaraq daha çox zərərə səbəb olurlar. Gerçək İslamı zəiflədib radikallara daha çox imkan yaradırlar. Halbuki radikalizmi və uydurma inancları onların mühakiməsi və ya silahları deyil, yalnız doğru İslam anlayışı ortadan qaldıra bilər. Ortada yanlış inanc problemi var. Bunun ortadan qalxmasının yolu isə yerinə doğru inancların qoyulmasıdır.

Quran şəriəti müsəlmanın modern, baxımlı, alicənab, ağıllı, mədəni, demokrat, açıq fikirli, bütün fikirlərə hörmət edən və sevgi dolu olmasını tələb edir. Quran şəriətində qardaşlıq, sülh və sevgi vacibdir. Quran müsəlmanlara müharibəni, zülmü, kin, qəzəb və qarşıdurmaları qadağan etmişdir. Həqiqi şəriəti bilmək istəyənlər yalnız Qurana müraciət etməlidirlər.

Quranda Gerçək Cihad

İslamda cəhd etmək qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pis əməllərdən uzaqlaşdırmaq üçün çalışmaq deməkdir. Öz aləmlərində cihad etmək adı altında qətliam törədənlər Qurana görə davranmırlar.

Rəbbimizin Quranda bildirdiyi cihadda adam öldürmək, kamikadze, bombalamaq və ya mülki şəxslərə qarşı xain hücumlar yoxdur. Qurandakı cihadda nifrət, kin və lənət oxumaq da yoxdur. Hz. İbrahimin, hz. Yaqubun və hz. Musanın övladları lənətlənməz. Quranda təhdid və qorxutmaq kimi şeylər yoxdur. İslam dini xurafatçı və ya radikalların yaşadığı kimi qətliam, ölüm, nifrət və qəzəb dini deyil. Bu davranışlar xristianlıq və musəvilikdə də yoxdur. Dolayısilə, əgər bir insan bu hərəkətləri Qurandan öyrəndiyini deyirsə, ya doğru danışmır, yaxud da yanlış məlumatlandırılmışdır. Müsəlman olduğunu deyən hər hansı radikal şəxs yalnız adam öldürmək, bombalamaq və lənətləmək üçün uydurulmuş dinə tabe olur. Uydurulan dinin qaynağı isə Quran deyildir.

Xurafatçılıqda divara asılan müqəddəs kitab, bəlkə də, heç oxunmur. Bu dində hər şey qaranlıqdır. Sevginin yerinə nifrət, şəfqətin yerinə qəzəb, qardaşlığın yerinə düşmənlik və biliyin yerinə isə cəhalət hakimdir. Belə dinə inanan şəxsləri silahlandırıb qəzəb topluluğu meydana gətirmək çox asandır. Odur ki, dünyada yalnız İslamda deyil, bütün haqq dinlərdə, hətta marksizm, satanizm, materializm, qısası, bütün din və ideologiyalarda mövcud olan bəla radikalizm və xurafat bəlasıdır.

Bəs radikalizm və ya xurafat hansı səbəbdən mövcuddur? Bu sualın cavabı açıq-aydındır. Çünki insanların böyük qismi bu təlimi alıblar. Başqa din öyrənməyiblər. İslam adından ortaya çıxan radikalların İslam olaraq bildiyi yalnız bu olmuşdur. Onlar cahil yetişdiriliblər. İctimaiyyətdən, elm və sənətdən uzaqlaşıblar. Cihad anlayışını yanlış bilib tətbiq ediblər, çünki onlara bu öyrədilib. Öyrəndiklərini həyata keçirib yaxşı iş gördüklərini zənn ediblər. Dinlərinə, ailələrinə və həmçinin başqalarına zərər verdiklərini heç düşünməyiblər. Halbuki Quranda təsvir edilən cihad xurafatçıların düşündüyündən çox fərqlidir.

Bəs cihad deyəndə nə başa düşülməlidir?

“Cihad” sözünün kökü “cəhd” kəlməsidir. Ərəbcə mənaları bunlardır:

1. Çalışmaq, cəhd etmək, fədakarlıq etmək, əzm göstərmək

2. İnsanın öz nəfsinə hakim olması

Bu mənalara baxanda anlayırıq ki, İslamda cəhd etmək qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək və insanları pis şeylərdən uzaqlaşdırmaq deməkdir. Müsəlman bunu edərkən həm də öz nəfsini tərbiyə etməli, qəzəb və nifrətdən uzaqlaşmalıdır.

Quranın heç bir yerində cəhd kəlməsindən bu mənalardan fərqli şəkildə istifadə olunmamışdır. Dolayısilə, Quranı əsas alıb cihad adı ilə qətliam törədənlər ya yalan danışırlar, ya da yanlış öyrədiliblər. Hazırda cihad adı ilə insanları qətl edənlər, kamikadze kimi həm özünü, həm də müdafiəsiz mülki şəxsləri öldürənlər və savaşı daha da körükləyənlər Qurana görə harama girirlər. Növbəti hissələrdə radikalların savaş üçün yanlış açıqladığı Quran ayələri və aqressiyaya səbəb kimi qəbul etdikləri uydurma hədislər ətraflı şəkildə açıqlanacaq. Burda önəmli bir şeyi vurğulamaq lazımdır:

Radikalların böyük qismi cəhalət üzündən şiddətə baş vururlar. Gerçək dini bilmirlər. Hətta bir çoxu Quranı heç oxumamışdır. Bu səbəbdən, öldürməklə cihad etdiyini düşünən şəxsi qınamaq, lənətləmək, onu təhdid etmək və ya həbs etmək heç bir işə yaramaz. Burda problem həmin şəxsə Quran bilgisinin verilməməsidir. Yanlış məlumatlandırma davam etdiyi müddətdə nə etdiyindən xəbəri olmayan radikalların mövcudluğunu qəbul etmək məcburiyyətində qalacağıq. Əsas olan problemin kökünü araşdırıb tapmaqdır. Belə olduğu təqdirdə, cihad adı altında terror törədənlərin tək ehtiyacının doğru məlumatlandırma olduğu bilinəcək.

İntihar Cihad Deyil, Intihar Haramdır və Quranda Qadağan Edilmişdir

Son 20-30 ildə dünyada həyata keçirilən terror hadisələri, xüsusilə Orta Şərq qaynaqlı terror təşkilatlarının hücumlarının böyük hissəsi intihar yolu ilə həyata keçirilir. Qurana görə, öz canına qəsd etmək, yəni intihar etmək haramdır. Bəs bomba yüklənmiş maşını özü içində ola-ola havaya uçuran və ya üzərinə bağladığı partlayıcı maddəni mülki insanların arasında partladan şəxs bunu necə edə bilir?

Ərəb ölkələrinin çoxu İkinci Dünya Müharibəsindən sonra güc qazanan kommunizmdən nəsibini alan ölkələrdir. Misir, Suriya və İraqda güclənən BƏƏS partiyası, Çinin himayəsi ilə qurulan və səssizcə ərəb ölkələrini və İranı qoruma altına alan Şanqay qrupu və Fələstində Ərəfatın öndərliyi ilə güclənən Əl-Fətih kommunist-sosialist tərəfdarı olduqlarını heç vaxt gizlətməyiblər. Qatı milliyyətçiliklə yoğurulan ərəb sosializminin tarix boyu ərəb ölkələrində nə qədər qan tökdüyü hər kəsə məlumdur. Tarixi bilməyənlərin isə hazırda bu ölkələrdəki duruma və ya Suriyada Hafiz Əsəd mirasının necə qorunduğuna nəzər yetirməsi kifayətdir.

Sosialist və kommunist ideologiyalarda belə vəhşiliklər qaçılmazdır. Bəzən başqasının həyatına son verməklə yanaşı, öz canına qıymaq da bu batil anlayışda dünyanın irəliləməsinə və nə olduğu həqiqətdə bilinməyən məqsədə yardım kimi qəbul edilir. Dolayısilə, dəyərsiz gördüyü cana yenə dəyərsiz gördüyü digər canları ortadan qaldırmaq üçün qəsd etməsi bu vəhşilik sisteminə görə böyük köməklikdir. Bu, tamamilə yanlış məntiqdir və ayrı bir müzakirə mövzusudur.

İslam haqqında yanlış məlumatlara sahib olan çevrələr həqiqətdə sülh və sevgi dini olan İslamın intihar hücumlarına izn verdiyini düşünürlər. Təbii ki, bunun ən önəmli səbəbi terror təşkilatlarının İslam dinində haram edilən bu qorxunc əməli uydurma qaynaqlarla və ya yanlış izahlarla məşru etmək cəhdləridir. Əgər hər hansı bir kamikadze törətdiyi əməli İslam adından etdiyini iddia edirsə, bu, böyük əxlaqsızlıqdır və İslama atılan iftiradır. Burda dəhşətli xətalar vardır.

Cihad adı altında insanları qətl edənlər intihar bombaçısı olaraq öz canına, eyni zamanda da mülki əhalinin canına qəsd edənlər çox ciddi günah işləyir və Qurana görə harama yol verirlər.

Bir müsəlman əsla adam öldürə bilməz. Bu, haramdır. Allah bir Quran ayəsində belə bildirir:

Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. (Maidə surəsi, 32)

Ayədəki ifadə çox aydındır. Bir insanın digərini öldürməsi necə cinayət və günah sayılırsa, eyni şəkildə, özünü öldürməsi də cinayət və haramdır. İctimai yerdə özünü partlatmaq cihad deyil. Buna dəyər verib tərifləyənlər və onun şəhid olduğunu düşünənlər cihadı deyil, cinayəti alqışlayırlar. Özü ilə yanaşı, müdafiəsiz insanları da öldürmək cihad deyil, cinayətdir. Əvvəlki hissələrdə də anlatdığımız kimi İslam bir topluluğa qarşı -hücum etmədiyi müddət boyu- savaşmağı qadağan edir.

Cihad insanları doğru olana və gözəlliyə yönləndirmək üçün elmi yöndə çalışmaq, sevgi və hörmətlə münasibət qurmaqdır, onları öldürmək deyil. Şəhidlik İslamın şərtə bağladığı dostluq və qardaşlığı yaymağa çalışarkən, yəni Allah yolunda cəhd edərkən ölümün gəlməsidir. Adam öldürmək cinayət və haramdır. Uğrunda mükafat veriləcək məziyyət deyil.

Kamikadzelər və onları dəstəkləyənlər başqalarını öldürməyi əmr edən dinin təbliğatını aparırlar. Bu insanların dini Allahın dini deyil. Bu dinə tabe olanların çox azı bu həqiqəti bilir. Bu saxta dini gerçək zənn edən və ona tabe olmağa çalışan çoxlu insan mövcuddur.

Əsl problem də elə budur: öz dinini bilməyən insanların xürafələrə sürüklənməsi. Öz dinlərini, Qurandakı gerçək sevgini öyrənmədikcə kamikadzelər də, onları təşviq edənlər də mövcudluğunu davam etdirəcəklər. Onlara doğrunu öyrətməyin yolu bomba deyil. Bunun tək çarəsi doğru təlim-tərbiyədir. Buna görə doğru şəxslərin- müsəlman, xristian və musəvilərdən sevgi tərəfdarları bir araya gəlməlidir. Birlik güclü olduqda o zaman yanlış yoldakılar da bizə qulaq asarlar.

İntihar Hücumlarının Sayı Niyə Artır?

Dünyada siyasi məqsədli intihar əməliyyatları 1980-ci illərdə ortaya çıxıb. Livandakı daxili qarışıqlıqlarda Hizbullahın həyata keçirdiyi intihar hücumları bu əməliyyatların ilkin nümunələridir.

1980-ci ilin əvvəllərindən 21-ci əsrə kimi bütün dünyada təxminən 200 intihar hücumu həyata keçirilmişdir. Fəqət intihar hücumlarındakı əsas artım 2000-ci ilin əvvəllərində baş veib və son 30 ildə 3500-dən çox hücum həyata keçirilib. Necə ki, təkcə 2013-cü ildə 18 ölkədə 291 intihar hücumunda təxminən 3100 insan həyatını itirib. Bu rəqəm öncəki illə (230 intihar hücumu) müqayisədə 25% artım deməkdir. Bu tarixlərdə həyata keçirilən intihar hücumlarının böyük hissəsi müsəlman ölkələrində baş vermişdir. Orta Şərq ölkələri, xüsusilə İraq on ildir ki, hücumların ən üst səviyyədə olduğu ölkələrin başında gəlir. Əfqanıstan, Pakistan, Suriya, Livan, ərəb baharının yaşandığı Tunis və Liviya, Afrikada Somali, Mali və Nigeriya, intihar hücumlarının gerçəkləşdiyi digər müsəlman ölkələri... Bəs bu hücumların sayı niyə artır? Bu problemin ilk cavabı həmin ölkələrin siyasi yöndən göstərdiyi qeyri-sabitlik ola bilər. Hücumların, ümumiyyətlə, əcnəbi ordular tərəfindən işğal edilən ölkələrdə gerçəkləşdirildiyi düşünülsə də, intihar hücumlarının yalnız 32%-i xarici qoşunların olduğu ölkələrdə meydana gəlir. Digər 68%-i isə öz vətəndaşlarına, yəni günahsız xalqa yönəlmişdir.

İraq və Suriya kimi vətəndaş müharibəsinin yaşandığı ölkələrdə məzhəb və etnik yönlü çaxnaşmalar, yaxud Misir kimi ölkələrdə millətçi dünyəvi güclərlə islami qruplaşmalar arasındakı münaqişə bu intihar hücumlarının səbəbləri arasında yer alır. İntihar hücumlarında restoran, market və məscidlər, ictimai nəqliyyatlar, yəni mülki şəxslərin olduğu mühitlər hədəf olaraq seçilir. Qadın, uşaq, yaşlı, qısası, günahsız xalq bu əməliyyatların hədəf nöqtəsi olur. Hətta İraqda olduğu kimi müsəlmanlar ibadət edərkən və ya Yəməndəki kimi dini mərasim zamanı hücumlar təşkil olunur ki, bu, son dərəcə düşündürücüdür.

Əsgərlərini Qüdsdə məscidə soxduğu üçün bir çox islami qruplaşmalar İsraili qınamış, hətta yox ediləsi düşmən elan etmişdi. Çox maraqlıdır ki, eyni qruplaşmalar müsəlmanların olduğu məscidə intihar hücumu qarşısında səssiz qalmış, hətta bunu təqdir etmişdilər.

Bu hücumların səbəbi xurafatdan qaynaqlanır. Odur ki, Quranı əsas alan İslam əxlaqının təbliği təcilidir. Dünya bu mövzuda səfərbərlik elan etməlidir.

A. İntihar Hücumları, 1970-2015

a. 1980 İntihar hücumları (31) İntihar olmayan hücumlar (31.137)
b. 1990 İntihar hücumları (121) İntihar olmayan hücumlar (28.664)
c. 2000 İntihar hücumları (1552) İntihar olmayan hücumlar (23.440)
d. 2010 İntihar hücumları (1387) İntihar olmayan hücumlar (28.916)
e. İntihar hücumları
f. İntihar olmayan hücumları
x. İllər

İslamda Savaş Mövzusunda Yanlış Bilinənlər

Müsəlman Quranın Bütün Ayələrinə Iman Etməlidir

Məscid qapısında, Osman Həmdi, 1891.

Belə başlıq seçilməsinin səbəbi İslama əlavələr etməyə çalışan xurafatçıların və onlardan bəhrələnən bəzi İslam əleyhdarlarının yanlışlarını ortaya çıxarmaqdır. Bu insanlar bəzi Quran ayələrinin başqa ayələri nəsh etdiyini (Quranı tənzih edirik), yəni hökmünü qaldırdığını iddia edirlər. Dəlil olaraq isə aşağıdakı ayəni misal gətirirlər:

Biz bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? (Bəqərə surəsi, 106)

Qurana dil uzadanlar öz xürafələrini yaymaq üçün bu ayənin yanlış şərhindən dəlil kimi istifadə edirlər. Bu minvalla, bir qisim ayələrin hökmünü qaldıracaqlarını və hətta yerinə uydurma hədisləri daxil edəcəklərini düşünürlər. Bir qisim İslam əleyhdarı da sərxoşedici içkilərlə bağlı və ya savaşla əlaqəli nəsh edilmiş ayələrin mövcudluğunu iddia edirlər. Beləliklə, müsəlmanları hökmü qaldırmağa tabe olanlar və olmayanlar olaraq iki yerə ayırmağa çalışırlar. Həqiqətdə isə ayənin açıqlaması belədir:

“Bir ayəni dəyişdirir” ifadəsindəki “ayə” sözü tək halda işlənmişdir və “dəlil”, “möcüzə” kimi mənalar ifadə edir. Necə ki, Quranda tək halda işlənən “ayə” sözü həmişə dəlil mənasında işlənmiş və digər bütün ayələrdə bu mənada tərcümə edilmişdir. Quran ayələrini ifadə edən “ayə” sözü isə Quranda heç bir yerdə tək halda işlənməmişdir.

Buradakı məna “Quran ayələri” deyil, daha öncə gəlmiş dəlil, qanun və şəriətlərdir. Ayəyə əsasən, haqq kitab verilmiş öncəki cəmiyyətlərin, yəni musəvi və xristianların məsuliyyət daşıdığı, lakin zamanla unudulan bir qisim hökm və tətbiqatlar Quranla xatırladılmış və ya ortadan qaldırılmışdır. Əvəzində isə bənzəri və ya daha xeyirlisi ilə- Quranla gətirilmişdir.

Burda ayədə işlənən “unutdurmaq” sözünün də üzərində durmaq lazımdır. Bir hökmün digərini nəsh etməsi üçün digər hökm unudulmalıdır. Quranda ayələrin hamısı 1400 il boyunca dəyişmədiyinə görə bir ayənin digərini nəsh etməsi mümkün deyil. Xurafatçıların iddia etdiyi nəsh edilən hökmlər unudulmamışdır, Quranda hələ də mövcuddur. Açıq şəkildə başa düşülür ki, burada bəhs edilən nəsh mövzusu keçmiş cəmiyyətlərə və zamanla unudulmuş hökmlərə aiddir. Keçmiş cəmiyyətlərə endirilən, fəqət unutdurulan hökmlər bunların bənzəri şəklində və daha xeyirlisi ilə Quranda söz mövzusu topluluqlara hökm kimi göndərilmişdir.

Quran Qorunan Kitabdır

Quran Rəbbimizin ayədə də açıq bildirdiyi kimi qorunan kitabdır:

Şübhəsiz ki, Quranı Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

Qorunan bir kitabda hökmləri bütün müsəlmanlara şərt olan ayələrin bir qisminin əsaslı görülüb, bir qisminin isə yox sayılması mümkün deyil. Quranın mükəmməlliyi, elmi möcüzələri, yol göstərici xüsusiyyəti və Quranın qorunduğuna dair ayələr xurafatçıların və bəzi İslam əleyhdarlarının bu iddiasını ortadan qaldırır:

Şübhə yox ki, zikr (Quran) onlara gəldiyi zaman onu yalan saydılar. Həqiqətən, bu, əzəmətli bir kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilər. O, müdrik, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir. (Füssilət surəsi, 41-42)

Söz mövzusu şəxslərin harada yanıldığının aydın olması üçün bu iddiaları araşdıraq:

“Məkkə Dövrü və Mədinə Dövrü Müsəlmanları” Yanlışlığı:

Bir çox İslam əleyhdarı elmli müsəlmanları Məkkə dövrü müsəlmanları adlandırırlar. Onlara görə, Peyğəmbərimizin (səv) Məkkədə olduğu dövr savaşların yaşanmadığı sülh dövrüdür. Peyğəmbərimizin Mədinəyə hicrətinin ardınca savaşlar başlamışdır. Bir çoxları bunu əsas alıb İslamda savaşı müdafiə edənlərin yalnız Mədinə dövründə vəhy olunan ayələri qəbul etdiyini, sülh tərəfdarlarının isə Məkkə dövrü ayələrini qəbul etdiyini iddia edirlər. Bu, cahillikdir və məntiqsiz iddiadır.

Daha öncə də vurğuladığımız kimi, bir insanın müsəlman xüsusiyyəti qazanması üçün ən əsas şərt Quran ayələrinin heç birini digərindən ayırd etmədən hamısına inanmasıdır. Əgər tək bir ayənin hökmünü qəbul etməzsə, Quranda bildirilən mənada müsəlman xüsusiyyətini itirər. Dolayısilə, müsəlman olduğunu deyən şəxs Qurana əsasən, bir ayəni qəbul edib digərini qəbul etməyə bilməz.

Peyğəmbərimizin zamanında müharibənin Məkkə dövründə deyil, Mədinə dövründə edildiyi və buna aid ayələrin endirildiyi doğrudur. Bunun səbəbini anlamaq üçün Peyğəmbərimizin yaşadığı dövrün çətin mühitini qavramaq lazımdır.

Məkkə Dövründə Müsəlmanların Çətin Imtahanı

Müslümanlar Mekke'deki putperest düzenin içinde azınlık olarak yaşadılar ve çok büyük baskılarla karşılaştılar. Pek çok Müslümana fiziksel işkenceler yapıldı, bazıları şehit edildi, çoğunun evi ve malları yağmalandı, sürekli hakaret ve tehditlerle karşılaştılar. Buna rağmen Müslümanlar şiddete başvurmadan yaşamaya devam ettiler, putperestlerden sadece uzaklaştılar ve onları hep barışa çağırdılar.

Quranın Peyğəmbərimizə vəhyi tam 23 il sürdü. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədə bütpərəstlərin arasında azlıq kimi yaşadılar və müxtəlif təzyiqlərlə qarşılaşdılar. Bir çox müsəlmana fiziki işgəncələr verildi, bəziləri şəhid edildi, bir çoxunun evi və malı qarət edildi və davamlı təhqir və təhdidlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar şiddətə baş vurmadan yaşamağa davam etdilər. Sadəcə bütpərəstlərdən uzaqlaşıb onları sülhə dəvət etdilər.

Lakin bütpərəstlərin hücumu bitmədi. Qüreyşlilər əvvəlcə hz. Muhəmmədin peyğəmbərliyinə əhəmiyyət vermirmiş kimi göründülər. İman etməməklə yanaşı, bütlərə qarşı bir söz demədikcə hz. Muhəmmədin dəvətinə səs çıxarmadılar. Yalnız hər dəfə Peyğəmbərimizi görəndə ona söz atırdılar. Müsəlman görəndə lağ edib məsxərəyə qoyurdular. Beləliklə, qüreyşilərin sözlü hücum dövrü başlamış oldu.

Quranda həmin mövzu bizə bu şəkildə bildirilir:

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər. Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər. Öz ailələrinin yanına fərəhlə qayıdırdılar. Möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!” (Mütəffifin surəsi, 29-32)

Məkkə bütpərəstlərin mərkəzi idi. Məkkə hər gün Kəbə və ətrafındakı bütləri ziyarətə gələnlərlə dolub-daşır, bu səbəbdən, Qüreyş əhli həm pul, həm də etibar qazanırdılar. Qüreyşlilər Məkkədə müsəlmanlığın yayılmasını təhlükə olaraq görürdülər. Çünki düşünürdülər ki, bu, gerçəkləşərsə, mənfəətlərinə zərər gələr və digər qəbilələr onlara düşmən kəsilər. Həmçinin bilirdilər ki, müsəlmanlıq hər kəsi bərabər sayır, insanları soy və zənginliyinə görə ayırmır. Buna görə də Qüreyşin irəli gələnləri müsəlmanlığın yayılmasını durdurmaq üçün tədbir görmək qərarına gəldilər. Buna müsəlmanlara qarşı işgəncələr və hətta cinayətlər də daxil idi. (İbn Hişam, 1/287)

Dövrün müşrikləri hz. Əbubəkr və hz. Osman kimi güclü və etibarlı ailələrə mənsub müsəlmanlara toxuna bilmirdilər. Fəqət kimsəsiz və fəqir müsəlmanlara tarixdə bənzəri görünməmiş vəhşiliklə işgəncələr verirdilər. Əbu Füheyqə, Həbbab, Bilal, Süheyb, Əmmar, Yasir və Süməyya bu ağır işgəncələrə məruz qalan müsəlmanlardan idi.

Bütün işgəncələr müsəlmanlara yalnız iman etdikləri üçün və insanlara İslamı anlatdıqları üçün verilirdi. Müsəlmanlar bu təzyiq və işgəncələrə İslamın şərti gərəyi heç bir şəkildə qarşılıq vermədilər və ən insani haqları olaraq özlərini müdafiə belə etmədilər. Müsəlmanların qarşılıq vermədiyini görən Qüreyş müşrikləri bu işgəncələri daha da artırdılar. Daha sonra həmin qüreyşilər artıq rastlaşdığı müsəlmanı şəhid etməyə başladılar.

Verilən əziyyətlərə heç bir şəkildə qarşılıq verməyən və Quranda qan tökməyə izin verilmədiyi üçün müdafiə belə olunmayan müsəlmanlar bu işgəncələr şiddətlənincə artıq Məkkədə qala bilmədilər. Bu durum Mədinəyə köçü labüd hala gətirdi.

Mədinə Dövrü Və Savaşlar

Məkkədə bütpərəstlərin təzyiqinin artması ilə yanaşı, müsəlmanlar daha azad və dostanə bir mühitin olduğu Yəsrib (sonrakı adı Mədinə) şəhərinə hicrət edərək öz idarəçiliklərini qurdular. Siyasi quruluşlarını bu şəkildə formalaşdırdıqdan sonra da məkkəli bütpərəstlərin hücumu sona yetmədi. Qüreyşlilər müsəlmanları getdikləri yerə qədər təqib edib şiddətdən vaz keçmədilər. Peyğəmbərimiz və ətrafındakı müsəlmanlar Məkkənin təcavüzkar bütpərəstlərinə əsla savaşla qarşılıq vermədilər.

Dünyada heç bir şəxs, topluluq və ya ölkə hücum qarşısında cavabsız qalmaz. Mütləq özünə hücum edənlərə cavab verər və ya ən azından özünü müdafiə edər. Nəfsi müdafiə qarşısında insanları məhkəmələr və ölkələri isə beynəlxalq hüquq həmişə haqlı görür. Çünki qarşı tərəfdən haqsız hücum var və şəxsin canı, ailəsi və sevdikləri, həmçinin ölkənin milləti, namusu və torpağı təhlükədədir. Peyğəmbərimizə özünü və topluluğu müdafiə izni Mədinəyə köç etdikdən sonra bu ayələrlə verilmişdir:

Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allahdır”, -dediklərinə görə yurdlarından çıxarıldılar... (Həcc surəsi, 39-40)

Bu ayələrə əsasən, yalnız: “Rəbbimiz Allahdır”, -dediklərinə görə haqsız yerə yurdlarından sürgün edilən müsəlman topluluq müdafiə hazırlıqlarına başlamışdır. Ayədə açıq şəkildə bildirildiyi kimi, özlərinə savaş elan edilən və hücuma məruz qalan müsəlman topluluğa müdafiə izni verilmişdir, hücum əmri deyil. Bu ayədən sonra müsəlmanlar özlərini qorumağa başlamış, hücum edən azğın qruplara qarşı müdafiə məqsədli savaşlar həyata keçirmişdilər. Bundan sonra savaş və müdafiə mövzusunda endirilən ayələr davam edən müharibələrdə tətbiqata dair mövzuları ehtiva edir. Başqa sözlə, yalnız o savaşdakı duruma aid açıqlama verilir. Dolayısilə, Qurandakı savaş ayələrinin hamısı dövrün çətin şərtlərini və Peyğəmbərimizin ədalətini anlaya bilməyimiz üçün yalnız o dövrdəki hücumlara aid endirilən xüsusi ayələrdir.

Peyğəmbərimiz (səv) bütpərəstlərin vəhşi davranış və işgəncələrinə məruz qalan müsəlmanlara Quran ayələrinin hökmünə görə müdafiə xarakterli müharibə etməyə izin vermişdir.

Peyğəmbərimizin Dövründə Müharibələr Kimlərə Qarşı Aparılmışdır?

Quranda açıqlanan savaş mövzusunda üzərində durulması gərəkən “qarşı tərəf” anlayışıdır. Bir çox dini və tarixi qaynaqlar Peyğəmbərimizin dövründə müharibələrin musəvilərə qarşı aparıldığını yazır. Həmin qaynaqları oxuyan bir qisim insanlar Qurandakı söz mövzusu savaşlara aid endirilən ayələrin musəvilər üçün olduğunu iddia edib İlahi kitabda bir növ antisemitizm axtarmağa başlayırlar. Halbuki bu, çox ciddi yanlışlıqdır.

Peyğəmbərimizə və müsəlmanlara qarşı zülm edənlər müşriklərdir. Bunların böyük hissəsi bütpərəstlərdir. Məqsədləri bütlərinə və sapqın inanclarına zərər toxunmasını əngəlləməkdir. Bir qismi isə musəvilərin arasından çıxan münafiq və müşriklərdir. Onların musəvi adlandırılması böyük xətadır. Müsəlmanların arasından çıxan müşrik və ya münafiq müsəlman sayılmadığı kimi, musəvilərin arasından çıxan və vəhşilik edən müşrik və münafiqlər də musəvi sayılmırlar. Həqiqi musəvi əsla savaşıb dindar insanları qətlə yetirməz.

Quran antisemitizmi lənətləyir. Elə bu səbəbə görə, Quranda musəvi düşmənliyinə dair ifadə axtaranlar boş yerə vaxt itirmiş olurlar. Söz mövzusu ayələri musəvilərə qarşı savaş anlamında açıqlayanlar bunu yaxşı başa düşməlidirlər. Peyğəmbərimiz dövrünün musəvilərinə xoş davranıb onları sevmiş, eyni münasibəti də onlardan görmüşdür. Bu mövzu kitab əhlinə baxış yönündən bəhs edən hissədə ətraflı şəkildə açıqlanmışdır. (Baxın: “İslamın kitab əhlinə baxışı” bölməsi)

Quranda Savaş Haqqında

Quranda savaşın nə zaman və necə edildiyi açıq-aydındır:

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)

Müharibə ancaq müsəlmanlara qarşı savaşanlarla aparılmalıdır, yəni müdafiə məqsədli olmalıdır. Müsəlmanların qarşı tərəfə səbəbsiz yerə hücum etməsi Quranda qəti qadağan edilmişdir. Allahın Qurandakı əmrlərindən biri də odur ki, müsəlmanlar hər hansı bir haqsızlıqdan dolayı bir topluluğa qəzəblənsələr belə, onlara qarşı ədalətli davranmalıdır. Bir ayədə belə xəbər verilir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Məsələn, Allah bir ayədə müsəlmanların Kəbəyə girişini əngəlləyən topluluqlara qarşı yaxşılıq etməyi nəsihət etmişdir:

Sizi Məscidül-harama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. (Maidə surəsi, 2)

Həcc ibadətləri əngəllənən və haqsızlıq görən müsəlmanlar həddi aşmaq mövzusunda uca Rəbbimiz tərəfindən xəbərdar edilirlər. Allah müsəlmanlara bu şərtlərdə belə ədalətlə davranmağı, yaxşılıq etməyi əmr edir. Müsəlman bütün şərtlər daxilində Qurandakı hökmə tabe olmalıdır.

Quranda savaşdan bəhs edilən ayədə başqa şərt də vardır: həddi aşmamaq. Bunun mənası hücum zamanı müsəlmanın yalnız özünü qoruması, həddi aşmaması və müdafiənin xaricində hər hansı bir hərəkətə yol verməməsidir. Yəni Quranda hücum, vəhşilik, şiddət və həddi aşmaq qadağan edilmişdir. Yalnız və yalnız hücum edənlərə qarşı müdafiə məcburiyyəti başqa ayələrdə belə bildirilmişdir:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. (Mümtəhinə surəsi, 8-9)

Burda diqqətli olmaq lazımdır. Müsəlmanlara fikrən qarşı olduğu halda onlara hücum edib həddi aşmayanlarla vuruşmaq haramdır. Müsəlman onlara qarşı hörmətcil və ədalətli davranmalıdır. Yuxarıdakı ayəyə görə, müsəlmanlara inancları üzündən zülm edən və onlara feili olaraq hücum edən, yəni savaşa qalxan tərəfin hücumuna qarşı müdafiə izni verilmişdir. Əlbəttə, hər insan hücum edilərsə, özünü qoruyar. Bu, hər kəsin, hər millətin və hər dövlətin haqqıdır.

Peyğəmbərimizin savaş izni verilən ayə nazil olana qədər heç bir şəkildə müdafiə olunmaması böyük fədakarlıq və dindarlıqdır. O vaxta qədər “onlarla ən gözəl tərzdə mübahisə et” (Nəhl surəsi, 125) ayəsinin hökmünə əsasən, Peyğəmbərimiz yalnız uzlaşdırıcı üslubdan istifadə edirdi. Bütpərəst qüreyşlilərin məqsədlərinin ancaq qətliam törətmək olduğuna baxmayaraq...

Bunu açıqladıqdan sonra xurafatçıların və İslam əleyhdarlarının İslamın adından istifadə edib vəhşiliyə dəlil gətirməyə çalışdığı Quran ayələrinin hamısını araşdırıb bu mövzudakı yanlışlıqları bir-bir ortaya çıxaracağıq.

Bu ayələri araşdırmadan öncə Quranda açıqlanan bütün savaşların o bölgədəki müəyyən topluluğa qarşı müəyyən şərtlərdə aparıldığının ayələrdə açıqlandığını hamı bilməlidir. Bu, özləri ilə müqavilə bağlanan müşrik topluluqdur. Dolayısilə, bu savaşların hamısı həmin topluluğun qarşılıqlı sülh və dostluq müqavilələrini pozaraq etdiyi hücumları, hal və hərəkətləri əsasında formalaşmışdır. Nazil olan ayələr tam olaraq o dövrkü durumla əlaqəli olub həmin dövrü təsvir edir. Bu həqiqətin daha yaxşı anlaşılması üçün o dövrün müşrikləri və bağlanan müqavilələr haqqında məlumat verək:

Müqavilə Bağlanmış Müşriklərin Vəziyyəti

“Müşrik” kəlməsi həmin dövrdən bəhs edən müxtəlif təfsirlərdə yalnız “şərik qoşan” kimi ifadə olunsa da, termin olaraq açıq şəkildə Allaha şərik qoşan, çoxlu tanrı qəbul edən və həmçinin müsəlman, musəvi, sabii, xristian və ya məcusi olmayan bütpərəst mənasına gəlir.

Quranda İslamın zühuru əsnasında Ərəbistandakı mövcud dinlərdən bəhs olunarkən müşriklər daima ayrı qrup halında göstərilmişdir. Peyğəmbərimizin dövrü diqqətə alınarsa, kitab əhli olan musəvi və xristianlarla evlənmək və kəsdiklərini yemək halal edildiyi halda, məcusi və sabiilərin, həmçinin bütpərəstlərin qadınları ilə evlənmək və kəsdiklərini yemək qadağan edilmişdir.

Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra müşriklərlə və o bölgədə yaşayan digər insanlarla bir çox müqavilə bağlamış və müşriklərin azğın hərəkətlərinə baxmayaraq, sülhü təmin etmək üçün onları daima birliyə dəvət etmişdir. Bu vəziyyət fərqli din və dilə malik insanların bir arada hüzur içində yaşaya biləcəyini sübut etmişdir. Onun sülh və sevgi dəvətçisi olduğunun əsas dəlillərindən biri özünə aid ilk yazının sülh müqaviləsi olmasıdır. Hz. Muhəmməd Məkkəni fəth etdikdən sonra əvvəllər müsəlmanlara işgəncə verən müşrikləri də sərbəst buraxıb onlara mərhəmət göstərmişdir. Peyğəmbərimizin göstərdiyi bu üstün əxlaq daha əvvəllər ərəb cəmiyyətlərində bənzərinə rast gəlinməyən vəziyyət idi və insanlar bunu təqdirlə qarşılayırdı.

O dövrdə fəth edilən əcnəbi ölkələrdə də gerçək ədalətin tətbiq olunması mövzusunda hz. Muhəmməd bütün müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz (səv) ələ keçirilən ölkələrin yerli xalqlarına qarşı Quranda bildirilən ədaləti tətbiq etmiş, onlarla hər iki tərəfin razı qaldığı anlaşma imzalamışdır. Hz. Muhəmməd və səhabələri “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər” (Əraf surəsi, 181) ayəsində bildirildiyi kimi, insanlar arasında ədaləti təmin edən camaat olmuşdur.

Ərəbistan yarımadasının cənub hissəsindəki xristian nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin anlayış və ədalətinin ən gözəl nümunələrindəndir. Müqavilə maddələrindən biri aşağıdakı kimidir:

“Nəcranlıların canı, malı, dini, var-yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Peyğəmbərinin himayəsi altına alınacaq”. (Türkcə mənbə: M.Xoduri, İslamda savaş və sülh, səh. 209-210)

O bölgədəki bütün topluluqlarla anlaşma əldə olunmasından sonra Peyğəmbərimiz İslam tarixindəki ilk qanun olan Mədinə vəsiqəsini hazırlayıb dövlət qurmuşdur. Mədinə vəsiqəsi tarixdəki demokratik qanunun ilk və ən mükəmməl nümunəsidir.

Tarixin Ilk Çoxsaylı Və Ən Demokratik Qanunu: Mədinə Vəsiqəsi

Mədinə vəsiqəsi müsəlmanların bütün digər din nümayəndələrinin və müşriklərin hüquqlarını qoruyan yol tutduğunu göstərən tarixin ilk plüralist və ən demokratik konstitusiyasıdır.

Peyğəmbərimiz yazılı olaraq Mədinə dövlətinin ilk qanunlarını təşkil edən Mədinə vəsiqəsi ilə fərqli irq, din və qəbilələrdən ibarət bir şəhər topluluğuna Ərəbistan yarımadasında daha əvvəl heç görülməmiş demokratik və sülhsevər quruluşu gətirmişdir.

Həmin qanuna görə, Mədinədəki bütün topluluqlar sülh içində bir yerdə yaşayacaqlar. Həm yaşayışlarını öz din və inancları əsasında quracaqlar, həm də qanunlarını tətbiq edəcək gücə malik olacaqlar.

Mədinə vəsiqəsi bundan təxminən 1400 il əvvəl, 622-ci ildə fərqli inanclara sahib xalqların tələblərinə cavab vermək üzrə hz. Muhəmmədin öndərliyində qələmə alındı və yazılı hüquqi müqavilə kimi həyata keçdi. Bunun nəticəsində də 120 il boyu bir-birinə qarşı düşmən olan fərqli din və irqlərə malik topluluqlar bu anlaşma əsasında yaşadılar. Hz. Muhəmməd bu müqavilə ilə hər fürsətdə bir-birinə hücum edən və heç cür uzlaşmayan topluluqların bir arada rahat yaşaya biləcəyini göstərdi.

Mədinə müqaviləsinə görə, hər kəs heç bir təzyiq olmadan istədiyi dini, inancı, siyasi və ya fəlsəfi seçimi etməkdə sərbəstdir. Öz düşüncələrinə malik insanlarla topluluq qura bilər. Öz hüququnu tətbiq etməkdə azaddır. Lakin cinayətə yol verən şəxs heç kim tərəfindən qorunmayacaq. Müqaviləyə tabe olan qruplar bir-birinə yardım edib hz. Muhəmmədin himayəsində olacaqlar. Qarşılıqlı tərəflər arasındakı anlaşılmazlıqlar Allahın Rəsuluna çatdırılacaq. Necə ki, müşriklər də ən ədalətli şəxs kimi Peyğəmbərimizin hakimliyini daima tərcih etmişlər.

Peyğəmbərimizin hazırlatdığı bu müqavilə mərhələli şəkildə 622-ci ildən 632-ci ilə qədər tətbiq olunmuşdur. Bu vəsiqə ilə qan və qohumluq əlaqələrinə əsaslanan qəbilə quruluşu ortadan qalxmış, coğrafi, mədəni və etnik mənşəyi tamamilə fərqli insanlar bir araya gəlib birlik qurmuşlar. Mədinə vəsiqəsində çox geniş din və inanc azadlığı təmin edilmişdir. Bu azadlığı ifadə edən maddələrdən biri belədir:

“Bəni-Əvf musəviləri möminlərlə bərabər eyni ümmətdirlər. Musəvilərin dini özlərinə, müsəlmanların dini də özlərinə aiddir”. (türkcə mənbə: M.Həmidullah, İslam müəssisələrinə giriş, səh. 128)

Mədinə vəsiqəsi 47 maddədən ibarətdir. Maddələrin 1-23 arası müsəlmanlarla, 24-47 arası isə Mədinədəki musəvi qəbilələri ilə əlaqədardır. Say etibarilə az da olsa, xristian ünsüründən bəhs edilməsi fərqli din mənsublarının marağı yönündən əhəmiyyətlidir. Pr. Leonard Suidlerin “Plüralizm perspektivində Mədinə vəsiqəsinin yenidən qiymətləndirilməsi” adlı hesabatında həmin müqavilə ilə əlaqədar diqqət çəkən şərhlər bu şəkildədir:

“Vəsiqə hz. Peyğəmbərin şəhəri birləşdirmə və xalqa açıq elan edilən hüquq ətrafında toplama cəhdlərini göstərməyi baxımından önəmli sənəddir. Bu hüquqa görə, hər bir fərd bərabər haqlara, din seçmə azadlığına və müsəlmanlarla birlikdə savaşa qatılıb-qatılmama sərbəstliyinə sahibdir. Lakin hər bir halda şəhərin düşmənləri ilə müqavilə bağlamaq qadağan idi ki, bu da Mədinə qruplarının bir-birinə olan möhkəm bağlılığını təsis etmə səyini göstərir. Bu siyasi və dini mətn bərabərlik və azadlıq dəyərləri ətrafında yeni topluluq qurmaq məqsədi güdürdü. Vəsiqədə də vurğulandığı kimi, hüququn hər bir fərd üzərindəki üstünlüyü dialoq və bərabər yaşamaq mühitinin qurulması məqsədinə çatmaq üçün atılan təməl addım idi. Vəsiqədəki maddələr ümumi mənada Mədinədəki hər bir fərdin şəhərin qorunmasında məsuliyyətinin bərabərliyini də göstərir. Buna əlavə olaraq, əxlaqi xarakterini ortaya qoyan maddələrdəki paralel ifadələrin də çoxluğunu görürük. Sonda isə şəhərdəki müxtəlif qrupların adlarının maddələrdə tək-tək qeyd olunduğunu düşündüyümüzdə vəsiqənin, dolayısilə, hz. Peyğəmbərin şəhərin bu qruplarını leqal topluluqlar olaraq qəbul etdiyini və onları diqqətə adlığını görə bilərik”. (türkcə mənbə: M.Xoduri, İslamda savaş və sülh, səh. 209-210)

Mədinə vəsiqəsi müsəlmanların və müşriklərin haqq və hüquqlarını qoruduğunu göstərir, Mədinənin müdafiəsində onların da müsəlmanlarla birlikdə hərəkət etməyini istəyir. Müşriklərə qarşı belə bir münasibət isə heç də təəccüblü deyil. Çünki Qurana görə, müsəlmanlar müqavilə bağladığı müşrikləri öz canları bahasına qorumaqla vəzifəlidirlər. (Bu mövzu haqqında növbəti səhifələrdə məlumat veriləcək)

Nəticə olaraq, həmin vəsiqənin birlik və bərabərliyi, sülh və dostluğu özündə əks etdirən əhəmiyyətli tarixi sənəd kimi qəbul edildiyi bir həqiqətdir. Peyğəmbərimizin sevgi və sülh anlayışı Qurana uyğundur, lakin hazırda belə müsəlman topluluğu görmək çox çətindir. Bu vəziyyət tarixin ilk ən demokratik qanununun Peyğəmbərimiz tərəfindən yazılıb tətbiq edildiyinin dəlillərindəndir.

Dolayısilə, kitabın bundan sonrakı hissələrini bu məlumatlar əsasında dəyərləndirmək lazımdır. Müşrikləri qorumağı əmr edən və kitab əhlinin (musəvi və xristianların) müsəlmanlar üçün xüsusi yeri olduğunu göstərən Qurani-kərimin nəsihətləri və Qurana görə daima sülh və demokratiyanı hədəf alan hz. Muhəmmədin tətbiqləri xurafatçıların əməllərindən tamamilə fərqlidir. Onlar müntəzəm olaraq Quranda savaşa dəlil tapmağa çalışarkən, Quran daima sülhə çağırır. Dolayısilə, mövzu ilə əlaqədar savaş ayələrinin açıqlandığı zaman bu önəmli gerçək mütləq yadda saxlanmalıdır.

Hz.Muhəmmədin (səv) Xristianlara Verdiyi Imtiyazlara Dair Sənəd
(Müqəddəs Ketrin Monastrının Rahiblərinə Məktub)

Müslümanlar, Hristiyanlara verilen bu imtiyaz beratını bulundukları tüm topraklarda şereflendirmiş ve büyük bir titizlikle uygulamıştır.

◉ Həqiqətən də, mən, qullarım, yardımçılarım və təbəələrimlə birlikdə onları müdafiə edirik. Xristianlar mənim təbəələrimdir, Allahın izni ilə onları narahat edən hər şeydən qoruyuruq.

◉ Onlara heç bir təzyiq göstərilməyəcək.

◉ Nə hakimləri vəzifələrindən, nə də rahibləri monastırlarından uzaqlaşdırılacaq.

◉ Heç kim kilsələri dağıtmayacaq, zərər verməyəcək və ya oradan müsəlman evlərinə heç bir əşya aparmayacaq.

◉ [Kilsələrdən] bir şey götürən olsa, Allahın anlaşmasını pozacaq və peyğəmbərimizə itaətsizlik edəcək. Onlar, həqiqətən, mənim müttəfiqimdir və düşmənlərinə qarşı mənim fərmanımın təminatı altındadırlar.

◉ Heç kim onları başqa yerə və ya döyüşə getməyə məcbur edə bilməz.

◉ Belə ki, müsəlmanlar onlar üçün [onları qorumaq üçün] döyüşürlər.

◉ Əgər bir xristian xanım bir müsəlmanla evlənərsə, bu evlilik xanımın razılığı olmadan həyata keçirilə bilməz. Bu xanımın kilsəyə getməsinin qarşısı alına bilməz.

◉ Kilsələrə hörmət ediləcək. Xristian kilsələrinin təmir edilməsinəqarşı çıxılmayacaq, müqəddəsliyi zədələnməyəcək.

◉ Müsəlmanlardan heç kim dünyanın son gününə qədər bu anlaşmaya itaətsizlik etməyəcək.

Savaşla Bağlı Ayələr və Açıqlamalarıı

Quranda savaşın mənasını bu şəkildə gördükdən sonra radikallar tərəfindən istismar edilən və İslam əleyhdarları tərəfindən də İslamı tənqid məqsədilə istifadə olunan ayələri nəzərdən keçirək:

Bəqərə surəsi 191:

(Müşriklərə) harada rast gəlsəniz, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Onlar sizinlə Məscidül-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.

Bu ayə müsəlmanların ağır təzyiq və şiddətə məruz qalmağının və Məkkədən çıxarılıb Mədinəyə hicrətə məcbur edilməyinin ardınca endirilən ayədir. Yuxarıda bildirdiyimiz şərtlər təşəkkül etmiş, müşriklərin zülm və hücumlarına qarşı müsəlmanlar özlərini müdafiə əmri almışdılar. Zülmə davam edən, gözəl sözdən anlamayan və sülhü qəbul etməyən bu topluluğa onların üsulu ilə cavab vermək söz mövzusu olmuşdur.

Fəqət ayədə Qurandakı savaş hüququna dair xatırlatma da yer alır: onlar sizinlə Məscidül-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Göründüyü kimi, savaşmağın tək şərti qarşı tərəfin hücumudur. Onlar hücum edib savaşmadıqca müşriklərə qarşı vuruşmaq qətiyyən halal deyildir.

Bu ayənin mənasını dəyişdirməyə çalışan radikalların və İslam əleyhdarlarının ayədəki həmin hökmü görməzlikdən gəlməyi çox şübhəlidir. Ayə açıq şəkildə müsəlmanlara yalnız özlərini qoruma azadlığı verir. Dolayısilə, bu ayənin hökmü savaş və hücum deyil.

Ayədə başqa bir xüsus isə belə bildirilmişdir: fitnə qətldən daha pisdir. Topluluqları qızışdırmaq, nifrəti yaymaq, terroru körükləyib düşmən kütlələri yaratmaq fitnədir və ayənin ifadəsinə görə, fitnə adam öldürməkdən də betərdir. Odur ki, müsəlmanlara hücum edənlər fitnə çıxaran topluluqlardır. Onların bu hücumuna qarşı müsəlmanlar təbii olaraq özlərini müdafiə edirlər.

Hazırda xurafatçıların ağızdan-ağıza dolaşan məlumatlara və ya xurafatlara inanmaqla topluluqları, dinləri və ya ölkələri fitnəkar elan etməsi və buna Quran ayələrini dəlil gətirməsi böyük xətadır. Fitnə müsəlmanları bölmək, onları müxtəlif yollarla zərərə və günaha sürükləmək, bu minvalla üsyanlara zəmin hazırlamaq, müsəlmanlara qarşı feili və sözlü hücumlar təşkil etmək və s. kimi təxribatçı əməllərdir. Dolayısilə, bir insana fitnəkar demək üçün həmin şəxs bu əməllərin bir və ya bir neçəsinə əməl etməlidir. Hazırda fitnəkar damğası vurub musəviləri və ya İsraili günahlandırmağa çalışanlar qəti olaraq bu ayəyə müxalif çıxırlar.

Qurana görə, musəviləri və İsraili bütöv olaraq fitnəkar adlandırmaq haramdır. Hər dindən və ya ölkədən fitnə çıxaranlar ola bilər. Məsələn, ərəb və ya azərilərdən hər kim fitnə çıxararsa, buna görə bütün ərəbləri və azəriləri fitnəkar adlandırmaq olmaz. Eyni şəkildə, bu musəvi və israillilərə də aiddir. Qurana görə, müsəlman musəvinin evində yemək yeyə bilər, onunla dostluq edə, hətta evlənə bilər. Belə bir vəziyyətdə müsəlman heç bir şərt qoşmadan musəvini fitnəkar adlandıra bilməz. Bunu iddia edənlərin əvvəldə də vurğuladığımız kimi, Qurandan heç xəbəri yoxdur və onlar musəvilərlə bağlı uydurma hədislərə inanan cahil insanlardır. Həmin hədislər barədə növbəti səhifələrdə bəhs edəcəyik.

Nisa surəsi, 89-91:

Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan (özünüzə) dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun. (Nisa surəsi, 89)

Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz. (Nisa surəsi, 90)

Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik. (Nisa surəsi, 91)

Yuxarıdakı ayələrdə münafiqlərdən bəhs olunur. Münafiq özünə müsəlman deyən, onların arasında yaşayan, lakin həqiqətdə Allaha və İslama düşmənçilik edib müsəlmanları arxadan vurmağa çalışan şəxsdir. Allah münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağını bildirir və onları alçaldır. Anlaşıldığı kimi, münafiq ikiüzlülüyü səbəbi ilə nə inkarçılara, nə də müşriklərə bənzəyən çox təhlükəli və alçaq insan modelidir.

Müsəlmanları yarı yolda buraxan və onların özləri kimi inkara sürüklənməyini istəyən və buna cəhd edən münafiqlərlə dostluq etmək “Nisa” surəsinin 89-cu ayəsində qadağan edilmişdir. Onlara qarşı savaşın məşru olduğu, yəni “əgər üz çevirsələr” ifadəsindən anladığımız durum münafiqlərin artıq müsəlmanlara hücumudur. Bunu sonra gələn ayədə görmək mümkündür. 90-cı ayədə “Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr” ifadəsində bildirildiyi kimi, hücum etməyən topluluğun əleyhinə yol yoxdur. Açıq-aydındır ki, öldürülməyə izin verilən topluluq müsəlmanlara qarşı döyüşən topluluqdur. Buradan müsəlmanlara hücum vaxtı özlərini müdafiə haqqı verildiyi açıq-aşkar başa düşülür.

Bununla yanaşı, “Nisa” surəsinin 90-cı ayəsi Quranın adil, şəfqətli və daima sülhü qoruyan üslubunun başqa göstəricisidir. Ayədə o zamana qədər müsəlmanları hiylə ilə arxadan vurub xainlik etmələrinə baxmayaraq, münafiqlərin bir qisminin toxunulmaz olduğu bildirilir: “Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır”. Eyni ayədə “əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz” ifadəsi ilə onların toxunulmazlığı təkrar xatırladılmışdır. Bu isə əsl ədalətdir.

Necə ki, 91-ci ayədə eyni şərtlərə görə təsviri verilən durum vardır. Həmin mühitdə peşman olduğunu və savaş istəmədiyini deyən münafiqlərin bir qismi yenə fitnə çıxarıb müsəlmanlara qarşı vuruşmağa başlamışdılar. Bu durumda Qurandakı savaş hökmü xatırladılır və onların hücum etmədiyi müddətcə onların toxunulmaz olduğu bildirilir.

Ayədə Ühüd döyüşündə baş verən xüsusi durumdan və həmin əsnada döyüşdən üz döndərən münafiqlərdən bəhs edildiyini xatırlatmaq lazımdır.

Tövbə surəsi, 5:

Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah bağışlayandır, rəhmlidir. (Tovbə surəsi, 5)

Bu ayədə təşəkkül edən şərtləri bilmək üçün surəni başdan oxumaq lazımdır. O zaman hamısının deyil, yalnız müsəlmanlara qarşı vəhşilik edən və ardınca haram aylarda savaşmamaq üçün özləri ilə müqavilə bağlanan müşriklərin hücuma layiq olduğunu başa düşərik. Burada o müşriklərdən bəhs edilir ki, onlar müsəlmanlarla müqavilə bağlamışdılar və tam əmin idilər ki, müsəlmanlar haram aylarda silaha əl atmayacaq. Buna baxmayaraq, həmin müşriklər qəflətən hücum etməklə müsəlmanları vəhşicəsinə qətlə yetirməyə çalışmışdılar.

Belə ki, bu şərtlərdə yuxarıdakı ayədə müsəlmanlara özlərini müdafiə etmək haqqı verilmişdir. Ayədən göründüyü kimi, müşriklər haram aylarda hücumu davam etdirsələr də, müsəlmanlar Allahın hökmünə əsasən, həmin aylarda vuruşmayıb səbir etmiş və haram aylardan sonra müdafiə olunmağa başlamışdılar. Müdafiədə isə istifadə olunan üsullar göz qabağındadır: həbs etmək, mühasirəyə almaq və bütün keçid nöqtələrinin tutulması.

Beynəlxalq hüquqa əsaslanan müharibələrdə birinci şərt mühasirəyə almaq və həbs etməkdir. Mühasirə üçün keçid yerləri tutulur və beləliklə, qarşı tərəfin irəliləməsi əngəllənir. Dolayısilə, ayədə beynəlxalq hüququn haqlı gördüyü üsuldan bəhs edilir. Aradakı yeganə fərq müsəlmanların hücum etməməyi və onlara qarşı təşkil edilən hücumları dəf etməyə çalışmasıdır.

Eyni ayədə bildirilir ki, hücumdan imtina edib tövbə edənlərlə döyüşmək olmaz. Onlara azadlıq verilir.

Həmin ayədən sonrakı ayədə isə Quranın gerçək sevgi və qoruyuculuq ruhunu anladan önəmli açıqlama ilə qarşılaşırıq. Həmin bu ayə İslam əleyhdarlarının bu mövzuda müsəlmanlara qarşı bütün iddialarını ortadan qaldırır:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar bilməyən bir camaatdır. (Tövbə surəsi, 6)

Bu ayə ilə müsəlmanlara onlara sığınıb yardım diləyən müşrikə lazım gəldikdə öz canını təhlükəyə atıb kömək etmələri nəsihət olunur. Belə ki, ayəyə əsasən, müsəlman müşrikləri qorumaq üçün özünü sipər edir. Başqa sözlə, müsəlman Allahı inkar edən şəxsin canını qorumaq üçün öz həyatını riskə atıb onu güvənliyə çıxarmaqla vəzifəlidir. Bu, Quranın hökmüdür. Qurana görə, heç kəs Allaha inanmadığı üçün öldürülmür, əksinə, müsəlmanların canı bahasına da olsa qorunur. Dolayısilə, savaşa qarşı tərəfin Allaha inanıb-inanması deyil, hücum edib işgəncələrə əl atması və qətlə yol verməsi əsas verir.

Ayədə işarə edilən başqa həqiqət isə odur ki, hər bir insan hücum edib şiddətə əl atmadığı müddətcə müsəlmanlar tərəfindən qorunmalıdır. Müsəlman öz dindaşını qoruduğu kimi, kitab əhlini, hətta ateist və kommunisti də qorumalıdır. Bu, müsəlman olmağın Qurandakı tərifi və şərtidir. Hər kim özünə müsəlman deyirsə, qoruyucu olmaq məcburiyyətindədir.

Tövbə surəsi, 13:

Məgər siz andlarını pozan, Peyğəmbəri qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız. (Tevbe Suresi, 13)

Quranda savaş hökmündən bəhs edən ayələrdən biri də budur. Müsəlmanlarla sülh müqaviləsi bağlayan müşriklər müqavilənin şərtlərini pozub hücuma keçsələr, Peyğəmbərimizi (səv) yaşadığı yerdən sürgün etməyə cəhd göstərsələr və ayədə də bildirildiyi kimi, savaşı ilk başlatsalar, müsəlmanlar onlara qarşı döyüşmək haqqı qazanır.

Maidə surəsi 33:

Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvarı kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. (Maidə surəsi, 33)

Savaşla əlaqədar ayələrdən sitat gətirdiyimiz mövzu bu ayədə də diqqəti cəlb edir. Burada hücum ediləcək topluluğun xüsusiyyətləri təfsilatı ilə verilmişdir: Allaha və Elçisinə qarşı birbaşa savaş elan etmələri və yer üzündə təxribat törətmələri. Göründüyü kimi, bu adamlar yalnız müsəlmanlara qarşı savaşmır, eyni zamanda, bütün yer üzündə fitnə çıxarırlar. Yəni ayədə bütün dünyada problem çıxaran, hamının təxribatçı kimi tanıdığı sapqın və davakar topluluqdan bəhs edilir.

Əməli baxımdan müsəlmanlara savaş elan edən topluluğa qarşı döyüşdə -bütün döyüşlərdə olduğu kimi- məcbur qaldıqda öldürmək kimi onları olduğu yerdən sürgün etmək də əl atılan üsullardandır. Digər ifadə ilə desək, Quran ayələrinə görə, müsəlmanlara adi halda haram edilən şeylərə (qətl və sürgün etməyə) yalnız döyüşlərdə əsaslı olmaq şərti ilə izin verilmişdir.

Ənfal surəsi, 57:

Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə, ibrət alsınlar.

Bu ayəni də yenə yuxarıda ətraflı şəkildə açıqlayıb əsaslandırdığımız məntiqlə dəyərləndirmək lazımdır. Peyğəmbərimizə bir qisim ayələrin nazil edildiyi Mədinə dövrünün gərgin döyüşlərə səhnə olduğunu unutmaq olmaz. Bu döyüşlər yalnız “Onlar ancaq: “Rəbbimiz Allahdır”, -dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar” (Həcc surəsi, 40) ayəsində bildirildiyi kimi, müsəlmanlara edilən haqsız zülmlərin nəticəsində meydana gəlmişdir. Yenə də xatırladacağımız kimi, “Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz” ayəsinə uyğun şəkildə qarşı tərəf savaşa son verdikdə müsəlmanlar da buna son verməlidirlər.

“Ənfal” surəsinin 57-ci ayəsindən bir neçə ayə əvvələ baxsaq, yenə o dövrdə müsəlmanlarla müqavilə bağlanan topluluqdan bəhs edildiyini görərik. Müdafiəyə izin verən bütün Quran ayələrində açıqladığımız kimi, bu topluluğun da müqavilə şərtlərini pozub hücuma keçdiyi vurğulanır.

Ardıcıl hücumlar edən, söz dinləməyən və müqavilə şərtlərini müntəzəm pozaraq fitnə çıxaran topluluğa qarşı yayındırıcı güc nümayiş etdirmək əhəmiyyətlidir. Çünki bu vəziyyətdə fitnəni alışqanlığa çevirən həmin topluluqlar artıq buna güc yetirməzlər və hücuma hazırlaşan başqa müşriklər də buna cəsarət etməzlər. Bu, hər bağlanan müqaviləni pozaraq savaşa başlayan topluluğa qarşı önəmli taktikadır və həm də sonrakı savaşları önləyici tədbirdir. Dünyanın, demək olar ki, hər ölkəsinin qanunlarında və beynəlxalq hüquqda bütün cəzaların yayındırıcı olmasına əhəmiyyət verilir. Məqsəd cinayətin eyni şəxs və ya digər şəxslər tərəfindən işlənməsinin qarşısını almaqdır. Beynəlxalq hüquq normalarına görə, bu tədbiri əsas alanların bunu İslamın əleyhinə dəyərləndirməyə çalışması onların haqq və ədalət tərəfdarı olmadığını göstərir.

Muhəmməd surəsi, 4:

Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. (Muhəmməd surəsi, 4)

Başqa ayələrdə olduğu kimi, bu ayədə də savaş mühiti diqqət çəkir. Müqavilə pozulmuş, müşriklər hücuma keçmiş və buna cavab verməkdən başqa çıxış yolu qalmamışdır. Bu ayədə açıqlanan beynəlxalq savaş hüququdur. Üstəlik, beynəlxalq savaş hüququnda tətbiq olunmayan şey burada var və döyüşdən sonra əsirlər sərbəst buraxılır. Halbuki Əfqanıstana edilən müdaxilə bitsə də, əsirlər hələ də Quantanamoda saxlanılır və BMT, NATO kimi təşkilatlar buna normal yanaşırlar. Odur ki, Quran bu haqsızlığı ədalətli görmür. İslama görə, savaşın başa çatması üçün əsirlər mütləq azad edilməlidir. Ayələrdə bildirilən savaşların o dövrdəki şərtlərə görə müdafiə məqsədli olduğu və yalnız hücuma keçən təxribatçı müşrik və münafiqlərə qarşı edildiyi açıq-aşkardır. Ayələrin mənası dəyişdirilməklə radikalların nifrət və qəzəb siyasətləri üçün istifadə edilməsinin əsas səbəbi yüzlərlə saxta hədisin İslama əlavə edilməsi və bir çox təfsirçilərin yanlış şərhləridir. Halbuki Quran İslama sonradan əlavə edilən saxta hədis və xürafələrdən kənar şəkildə, aydın fikirlə oxunmalıdır. Dövrün savaş mühitinə görə dəyərləndirdikdə ayələrin mənası çox aydındır.

İslam hüququna görə, müharibə ancaq hücuma qarşı özünümüdafiə şəklindədir və müharibə başa çatdıqda tutulan əsirlər sərbəst buraxılır. Bu beynəlxalq müharibə hüququnda belə olmayan bir tənzimlənmədir. Buna baxmayaraq, Əfqanıstan müdaxiləsinin bitməsinə rəğmən, Quantanamoda müharibə əsirləri hələ də məhbus olaraq saxlanılır və BMT, NATO kimi paktlar da bu vəziyyəti məqbul hesab edirlər.

İslamda savaşa əsas yoxdur

İslamın müharibə ilə yayıldığını və savaşçı din olduğunu iddia edənlər (dinimizi tənzih edirik) bu düşüncənin İslam doktrinasına tamamilə zidd olduğunu başa düşməlidirlər. İslam haqqındakı bütün yanlış düşüncələr Quranın vəhyindən və Peyğəmbərimizdən sonra ortaya çıxarılan uydurma hədis və xürafələrdən qaynaqlanır. Bəzi radikal qruplaşmalar bu uydurma hədislərə əsaslanıb İslam dinini öz bilgilərinə uyğun şərh etməklə savaşı qanuniləşdiriblər. Müsəlman olmayan, hətta özləri kimi düşünməyən müsəlmanlara qarşı hücumları da buna əsaslandırıblar.

Əvvəlki hissələrdə də ətraflı açıqladığımız kimi, Quranda qarşı tərəfə hücum etmək üçün heç bir əsas yoxdur. Quran demokratiya və azadlığı ən mükəmməl şəkildə təsvir edir. Azadlığın mövcud olduğu yerdə kimi isə düşmən elan edib onu susdurmağa çalışmaq söz mövzusu ola bilməz. Çünki belə bir azad mühitdə hamıya hörmət edilir və hər kəs rahat danışır. İslam şəriəti həmin mühiti təsvir edir. Dolayısilə, Quranda müharibəyə əsas yoxdur. Lakin xurafatçıların uydurduğu şəriətdə savaşmaq, hücum etmək, öldürmək üçün saysız-hesabsız əsas vardır. Bu həqiqətləri Quran ayələri işığında izah edək:

İslamı Zorla Qəbul Etdirmək Üçün Müharibə Edilməz

İslamı insanlara savaş və təzyiq yolu ilə qəbul etdirməyə çalışanlar Qurana xəyanət edirlər. Quranda ən açıq hökmlərdən biri dində əsla məcburiyyətin olmamasıdır:

Dində məcburiyyət yoxdur. (Bəqərə surəsi, 256)

Bu açıq ayə Quranın hökmüdür. Heç bir müsəlman bu hökmdən kənara çıxıb başqasına dindar olmaq üçün təzyiq göstərə bilməz. Bu, Quranda qadağan edilmişdir.

Peyğəmbərimiz yalnız nəsihət edəndir. Təbliğ etməklə və son gələn haqq din İslamı cəmiyyətlərə tanıtmaqla vəzifəlidir. O dövrdə İslam dinini Peyğəmbərimizdən və müsəlmanlardan dinləyənlərin bəzisi iman gətirmiş, bəzisi isə gətirməmişdir. Quranın açıq hökmlərinə əsasən, Peyğəmbərimiz və yanındakı müsəlmanlar qəti şəkildə təzyiqə əl atmamışlar.

Quranda Peyğəmbərimizə “(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üzərində hakim deyilsən!” (Ğaşiyə surəsi, 21-22) ayələri ilə xitab edilməklə təzyiq qəti olaraq qadağan edilmişdir. Qurana əsasən, digər bütün müsəlmanlar da İslam əxlaqını yaymaqla vəzifəlidirlər. Lakin heç kimə “sən müsəlman olmalısan”, “ibadət etməlisən” kimi sözlərlə təzyiq göstərə bilməzlər. Quranın məqsədi dünyaya sevgi və hüzur gətirməkdir. Dolayısilə, təzyiq mühitinin Qurana uyğun olmadığı açıq-aşkardır.

Quranda təzyiqin açıq şəkildə qadağan edildiyi digər bəzi ayələr belədir:

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. (Kəhf surəsi, 9)

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsii, 45)

(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə surəsi, 21-22)

De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)

Zor və təzyiq Quranda qadağan olunduğuna görə savaş, hücum, düşmənçilik və qəzəb üçün heç bir əsas qalmır. Əgər təzyiq yolu ilə dini qəbul etdirmək haramdırsa, müsəlmanlar müşrik topluluqlarını nəyə məcbur edəcəklər? Dolayısilə, Qurandakı İslama görə, İslamı qəbul etdirmək əsla savaşa əsas deyildir.

İdeoloji Və Etnik Yöndən Üstünlük Qazanmaq Üçün Müharibə Edilməz

İslamda hər ideologiyaya, hər millətə, hər etnik qrupa və hər dinə hörmətlə yanaşılır. İslam hər fikrin dinlənildiyi və fikir azadlığının tam yaşandığı dindir. Belə nümunəvi demokratik anlayışın və hürriyyətin olduğu dində fikir və ya etnik fərqlilik səbəbindən müharibə etmək mümkün deyil.

Müsəlman Lider İslam Qanunlarını Yaymaq Məqsədilə Müharibə Etməz

Qurana əsasən, müsəlman lider cəmiyyətdəki xristian, musəvi, ateist, kommunist, aqnostik, buddist və bunlar kimi digər ideologiyalara malik insanları da qorumalıdır. Fikir azadlığını tam mənası ilə mənimsəyib insanlara hürriyyət verməlidir.

Azadlığın olmadığı yerdə qovğa, çaxnaşma, həqarət və ikiüzlü insanlar ortaya çıxır. Müsəlman lider bütün bunların qarşısını almalı və Quranın əmr etdiyini yerinə yetirməlidir. İman edən hər kəs “Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” (Nisa surəsi, 135) ayəsinə əsasən, inanc və soy ayırd etmədən ədaləti təmin etməklə vəzifəlidir. Öz əleyhinə olsa belə...

Düşmən Kimi Görünən Şəxslərin Ortadan Qaldırılması Üçün Müharibə Edilməz

Öz zalım əməlləri üçün müharibəyə ehtiyacı olanlar, əsasən, radikal qrupları təşviq edirlər. Müharibəyə hazır olan cəhalət içindəki bu qruplar onları “idarə edənlər” üçün nəzərdə tutulmuş örtükdür. Bunlar asanlıqla müharibəyə yönləndirilə bilən adi piyadalardır.

İslamda necə düşmən ola bilər? İslam dini bütün insanların bərabər və qardaş olmasının tərəfdarıdır. İslama görə, insan rəngi, dili, dini, irqi, vətəni və sosial durumu nə olursa-olsun, öncəliklə, sırf ruha sahib olduğu üçün hörmətə layiqdir. Bütün haqq dinlərin bildirdiyi şəkildə, insanlar hz. Adəmin övladları olaraq qardaşdırlar. Bu qardaşlıq dindar olmağın zərurətidir.

İslam irq üstünlüyünə əsaslanan, insanları inkişaf etmiş və ibtidai olaraq siniflərə ayıran bütün faşist ideologiyalara, materialist və darvinist düşüncələrə qarşıdır. Dolayısilə, bu azğın ideologiyaların bərabərində gətirdiyi münaqişə və savaş anlayışları İslamda yoxdur, tam əksinə, İslam bunlara qarşı elmi mübarizə aparır. İslamın hər kəsin hörmətə layiq olduğunu göstərən qanunları, eyni zamanda, insanlar arasındakı hər cür əlaqənin də əsasını təşkil edir. Yanlış əxlaqlı şəxs də İslama görə daima potensial yaxşılığa yönələcək insandır. Dolayısilə, həqiqi müsəlmanın özünə kimi isə düşmən etməsi mümkün deyil. Hər müsəlman başqalarına qarşı şəfqətlə davranmalı və gözəl əxlaqı yaymağa çalışmalıdır.

Quran ayələrində insanlara xitabən heç bir ayrı seçkilik edilmədən “Adəm oğulları” ifadəsindən istifadə olunması insanların bərabər yaradıldığını göstərir:

Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. (İsra surəsi, 70)

Yuxarıda xülasə şəkildə qeyd etdiyimiz kimi, heç bir əsas olmadığı halda İslamın savaş dini adlandırılması yalnız xurafatçıların yanlış əməllərindən qaynaqlanır. Bir qisim insanlar İslamla əlaqədar həqiqətləri bilmədiklərinə və yalnız radikalların hərəkətlərinə şahid olduqlarına görə İslam haqqında yanlış fikrə düşürlər. Halbuki İslam dini və İslam şəriəti Quran ayələri üzərinə qurulmuşdur. Uydurma hədis və xürafələrə əsaslanan başqa qaynaqların həqiqi müsəlman üçün əhəmiyyəti yoxdur. Bəs elə isə müsəlmanlar savaşmaq istəyərlərmi?

Müharibəni Kimlər Istəyir?

Silah sektoru bir qisim mərkəzlər tərəfindən daima canlı tutulur və iqtisadi böhrandan təsirlənməyən yeganə sahədir. Alış-satışının bitmədiyi və davamlı yenilərinin dünya bazarına çıxarıldığı bu sektorun canlı tutulmasının yolu, təbii ki, müharibələrdir. Bunun üçün xüsusilə öz dinini savaş dini zənn edən və bu səbəbdən, ölüb-öldürməyə hazır olan kütlə, yəni İslam adına ortaya çıxan radikal qruplar təhrik edilir.

Bir qisim neoconlar və Qərbdəki digər İslam əleyhdarları vəhşiliyin dünyaya radikallar tərəfindən yayıldığı mövzusunda haqlıdırlar. Lakin onlar Üsamə Bin Laden kimi bəzi liderlər haqqında yanılırlar. Ümumiyyətlə, belə saxta liderlər İslamla əlaqəsi olmayan, fəqət müxtəlif kəşfiyyat orqanlarının nəzarətində saxlanılan şəxslərdir. Müəyyən yerlərdə qarışıqlığın çıxması və ya savaşın başlanması üçün dərhal önə çıxarılırlar. Qərb ölkələrində bar və kafelərdə vaxt keçirərkən əmr gələn kimi tez saqqal buraxır, qiyafəsini və üslubunu dəyişib Orta Şərqə məxsus görünüşə bürünürlər. Beləliklə, illərlə öyrəndiyi xürafələri tətbiq etmək üçün hərəkətə keçirlər.

Bu ssenari dünyada bir çox dəfə həyata keçirilmişdir. Bin Laden bu ssenarinin aktyorlarından yalnız biri idi. Bəzi gizli təşkilatlar Peyğəmbərimizin axırzamandakı ən böyük müjdəsi olan hz. Mehdinin gəlişindən və müsəlmanların bu mövzudakı səmimi arzusundan istifadə edib Bin Ladeni sanki Mehdi görünüşündə qələmə verdilər. Bir çoxlarını da buna inandırmağa çalışdılar. Bin Ladenlə başlayan proses təkcə Əfqanıstanı deyil, bütün müsəlman aləmini vurdu. Ssenarinin sonunda isə Bin Ladenin ölmüş görüntüləri yer aldı. Bu, planın ən diqqət çəkən hissəsi idi. Plana görə, müsəlman aləmi Mehdilərinin öldüyünü görəcək və bütün ümidləri kəsiləcəkdi. Bu, İslam aləminin gücdən salınıb daha çox istismar edilməsi üçün qurulmuş sistemli plan idi.

Radikal düşüncəlilər bu mövzuda, əlbəttə, günahkardırlar. Fəqət onları yetişdirən təşkilatlar da görməzlikdən gəlinməməlidir.

Silah sənayesi bu qədər güclü olduğu halda müharibə bəzi şəxslərin işinə yarayır. Müharibəyə təşviq edilənlər, əsasən, radikal qruplardır. Lakin buna pis niyyətləri üçün ehtiyac duyanlar radikalların başçılarıdır.

Radikallardan şikayət edən amerikalı və avropalılar bu başçıların özlərinin ətrafında olduğunu unutmamalıdır. Bu, radikal qrupların və xurafat üzündən məzhəblərə bölünüb bir-birini düşmən elan edənlərin günahını xəfiflətmir.

Lakin yenə də bu önəmli həqiqət görməzlikdən gəlinməməlidir. Necə ki, müsəlman ölkələrindəki etiraz və qiyamları açıq şəkildə yönləndirən təşkilatlar bu hədəflərini açıq şəkildə dilə gətirməkdən çəkinmirlər. Odur ki, belə vəziyyətdə şəxsi mənfəətlər düşünülməməlidir. Sülhün bərqərar olması üçün torpaq hərisliyi bitməli, düşmənçilik ortadan qalxmalı və xurafat düşüncəsi yox edilməlidir. Bütün bunlar üçün haqq dinlərə, din əxlaqına, dindarlara və Qurana ehtiyac vardır. Siyasi və maddi mənfəətlər, yaxud torpaq və ya ideologiyalar uğrundakı çəkişmələr davamlı böyüməyə meyillidir. Bunu ancaq gerçək din anlayışına əsaslanan təlim aradan qaldıra bilər. Qurana əsaslanan belə bir təlim yanlışlıqları ortadan qaldırar və bütün düşmənlikləri sona çatdırar. Zehinləri dəyişən insanlar düşmənlik və ya müharibə üçün heç bir əsas tapmayacaqlar. Qeyd etdiyimiz kimi, bunun yeganə yolu Quran əxlaqına uyğun təlim işləridir.

Radikalizmə Yol Açan Önəmli Səbəb: Quantanamo

2015-ci ilin əvvəllərində CİA-nın ətraflı hesabatı yayımlandı. Bu hesabat bütün dünyada böyük diqqətə səbəb oldu və 11 sentyabrdan sonra ABŞ-ın məhkumlara qarşı hamıya məlum işgəncələrini dəqiqləşdirdi.

Əbu Qərib həbsxanasının fotoları, Quantanamoda üzə çıxan təzyiqlər və sərbəst buraxılanların şahidliyi əsasında dünya onsuz da 11 sentyabrdan sonra ABŞ-da kəşfiyyat çalışmalarının necə həyata keçirildiyini az-çox bilirdi. ABŞ-da 11 sentyabrdan öncə də işgəncə yollarına əl atılırdı. Bununla yanaşı, yayımlanan hesabatda yeni işgəncə üsullarından tutmuş bunu tətbiq edən mütəxəssislərə nə qədər pul ayrıldığına qədər bütün təfərrüatları dünya gördü. Bəs yaxşı, illərlə davam edən işgəncələr ABŞ, yaxud dünyaya nə qazandırdı? Rahat şəkildə bu suala cavab olaraq “heç bir şey” deyə bilərik. Senator Herri Reyd işgəncələrin ABŞ-a mənfi imicdən başqa heç nə qazandırmadığını etiraf edir. Bəzi respublikaçıların iddialarının əksinə olaraq, tədqiqatçılar da CİA-nın 6 milyon səhifəlik sənədlərini araşdırmasının ardından zəruri məlumat tapılmadığını təsdiq etdilər.

Bu, bir həqiqətdir ki, radikal terror təşkilatlarına dair mühüm bilgiləri olan qruplaşma liderlərini və ya mənsublarını canlı surətdə ələ keçirmək haradasa qeyri-mümkündür. Belə bilgisi olan terrorçular mütləq mühafizəçi, polis, yaxud da əsgərlərlə döyüşə girib ölümə vəsilə axtarırlar. Ələ keçiriləcəyini anladıqda isə intihar edirlər. İndiyədək bu nümunələrə dəfələrlə rast gəlinmişdir. Lakin ABŞ-ın ələ keçirdiyi şəxslər araşdırıldıqda çoxunun müqavimət göstərmədən həbs edildiyini görürük. Həmin şəxslər özlərinə, yaxud çevrəsinə zərər vermədiyi halda həbs edilmişdir və əldə edilən məlumatlar işgəncənin tez bitməsi üçün uydurma sözlər olduğu etiraf edilmişdir. Dolayısilə, bu tarixi dərslə bir daha məlum olur ki, heç bir dövlət işgəncə ilə əldə etməyi düşündüyü mühüm bilgilərə sahib terrorçuları canlı ələ keçirə bilməz.

2015-ci ilin əvvəllərində CİA-nın ətraflı hesabatı yayımlandı. Bu hesabat bütün dünyada böyük diqqətə səbəb oldu və 11 sentyabrdan sonra ABŞ-ın məhkumlara qarşı hamıya məlum işgəncələrini dəqiqləşdirdi.

Əbu Qərib həbsxanasının fotoları, Quantanamoda üzə çıxan təzyiqlər və sərbəst buraxılanların şahidliyi əsasında dünya onsuz da 11 sentyabrdan sonra ABŞ-da kəşfiyyat çalışmalarının necə həyata keçirildiyini az-çox bilirdi. ABŞ-da 11 sentyabrdan öncə də işgəncə yollarına əl atılırdı. Bununla yanaşı, yayımlanan hesabatda yeni işgəncə üsullarından tutmuş bunu tətbiq edən mütəxəssislərə nə qədər pul ayrıldığına qədər bütün təfərrüatları dünya gördü. Bəs yaxşı, illərlə davam edən işgəncələr ABŞ, yaxud dünyaya nə qazandırdı? Rahat şəkildə bu suala cavab olaraq “heç bir şey” deyə bilərik. Senator Herri Reyd işgəncələrin ABŞ-a mənfi imicdən başqa heç nə qazandırmadığını etiraf edir. Bəzi respublikaçıların iddialarının əksinə olaraq, tədqiqatçılar da CİA-nın 6 milyon səhifəlik sənədlərini araşdırmasının ardından zəruri məlumat tapılmadığını təsdiq etdilər.

Bu, bir həqiqətdir ki, radikal terror təşkilatlarına dair mühüm bilgiləri olan qruplaşma liderlərini və ya mənsublarını canlı surətdə ələ keçirmək haradasa qeyri-mümkündür. Belə bilgisi olan terrorçular mütləq mühafizəçi, polis, yaxud da əsgərlərlə döyüşə girib ölümə vəsilə axtarırlar. Ələ keçiriləcəyini anladıqda isə intihar edirlər. İndiyədək bu nümunələrə dəfələrlə rast gəlinmişdir. Lakin ABŞ-ın ələ keçirdiyi şəxslər araşdırıldıqda çoxunun müqavimət göstərmədən həbs edildiyini görürük. Həmin şəxslər özlərinə, yaxud çevrəsinə zərər vermədiyi halda həbs edilmişdir və əldə edilən məlumatlar işgəncənin tez bitməsi üçün uydurma sözlər olduğu etiraf edilmişdir. Dolayısilə, bu tarixi dərslə bir daha məlum olur ki, heç bir dövlət işgəncə ilə əldə etməyi düşündüyü mühüm bilgilərə sahib terrorçuları canlı ələ keçirə bilməz.

 

4 / total 10
"Harun Yəhyanın İslam Terroru Lənətləyir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net